Avropa Parlamenti müxalifətə qarşı təzyiqləri və dinc
etirazçıların həbsini pisləyir, – Avropa Parlamentinin prezidenti
Roberta Metsola bunu plenar iclasda, Gürcüstan Prezidenti Salome
Zurabişviliyə qulaq asarkən bildirib.
"Sonuncu dəfə Avropa Parlamentini ziyarət etdiyinizdə,
biz ölkənin Avropa ailəsinə üzv olmaq yolundakı irəliləyişini
müzakirə etdik. Bu gün bu səfər təhlükə altındadır. Avropa
Parlamenti müxalifətə qarşı hər hansı bir təzyiqi və dinc
etirazçıların həbsini pisləyir. Bu hərəkətlər son illərdə birlikdə
atdığımız uğurlu addımlardan geriyə addımlamaqdır," –
deyə Roberta Metsola Salome Zurabişviliyə müraciət edib.
Bu vəziyyətə cavab olaraq, Metsolanın sözlərinə görə, Avropa
Parlamenti Avropa İttifaqına qərarlı hərəkət etməyi çağırıb və bu
çağırışı indi də təkrarlayır.
"Bilirəm ki, Gürcüstanda çoxları ölkələrinin gələcəyi
barədə narahatdır. Mən bütün parlamentin adından deyirəm ki,
Avropada dəstək axtaran bütün gürcülərə, siz tək deyilsiniz. Biz
sizi görürük, sizi eşidirik, sizinləyik. Beləliklə, Avropa
Parlamenti gürcü xalqının yanındadır və bizim qapımız hər zaman
açıq olacaq," – deyə Metsola bildirib.