Mən hələ ki, cinayət işinin bütün materiallarını açıqlamaq
istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Hava
Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini
yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin
təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza
zamanı sağ qalan təyyarə
bələdçiləri ilə görüşdə deyib.
“Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu
qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin
üzərindədir. Biz ədalət tələb edirik, günahkarların
cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış
tələb edirik”, - dövlət başçısı vurğulayıb.