Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan
Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq
Quliyevlə görüşüb.
Məlumatı Xarici İşlər Nazirliyi yayıb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş
çərçivəsində ikitərəfli gündəliyin cari məsələləri müzakirə olunub,
bu kontekstdə söhbətdə xarici işlər nazirinin Azərbaycan
Respublikasına rəsmi səfərinin təfərrüatlarına toxunulub. O
cümlədən Gürcüstan və Azərbaycan Respublikası arasında İqtisadi
Əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın növbəti, 10-cu
iclasının yaxın günlərdə Bakıda keçirilməsi nəzərdə tutulur.
“Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş
spektrini bir daha müsbət qiymətləndirdilər. Ticarət-iqtisadi,
nəqliyyat və enerji sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət
yetirilib.
Görüşdə regionun dinc və sabit inkişafının vacibliyi qeyd edilib.
Tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud nümunəvi strateji
əməkdaşlığı daha da dinamikləşdirməyə hazır olduqlarını
bildiriblər”, - deyə nazirliyin məlumatında qeyd
olunur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415