İran prezidenti yanvarın 17-də Moskvaya rəsmi səfər edəcək
İran prezidenti yanvarın 17-də Moskvaya rəsmi səfər edəcək, – bu barədə Kremlin mətbuat xidməti məlumat yayır.

İran prezidenti Məsud Pezeşkian Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

“İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinin, o cümlədən ticarət və investisiyalar, nəqliyyat və humanitar sahələrin, həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlərin müzakirə olunacağı gözlənilir”, – Kremlin mətbuat xidmətinin bəyanatında deyilib.

Kremlin
mətbuat xidmətində qeyd etdikləri kimi, Putin və Pezeşkian Rusiya-İran Hərtərəfli Strateji Tərəfdaşlıq sazişini imzalayacaqlar.

“Danışıqlardan sonra Vladimir Putin və Məsud Pezeşkian Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Saziş imzalayacaq, həmçinin mediaya bəyanatlar verəcəklər”, – bəyanatda deyilib.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები