Yanvarın 15-nə planlaşdırılan ümumi tətilə Marneulidə fəaliyyət
göstərən “PSP” aptekləri də qoşulacaq.
“PSP”-nin Marneuli üzrə dörd filialı var. Şirkətin İctimaiyyətlə
Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna verilən məlumata görə,
onların bütün şəbəkələri tətilə qoşulacaq.
“Heç bir məcburiyyət yoxdur, bu könüllü məsələdir,
lakin Gürcüstan üzrə bütün şəbəkə və qrup tətildə iştirak edir, ona
qoşulur”, – deyə PSP-dən bildiriblər.
13 yanvar tarixində “PSP” apteklər şəbəkəsi “Facebook” sosial
şəbəkəsində paylaşım edərək, ümumi tətilə iki tələblə
qoşulduqlarını qeyd edib: “Yeni, şəffaf, yüksək standartlara cavab
verən Parlament seçkiləri keçirilməli, siyasi məhbuslar azad
edilməlidir.”
“PSP Qrup tibb şirkəti olduğu üçün bir neçə saatlıq işi
tamamilə dayandırmağa nə mənəvi, nə də qanuni hüququmuz yoxdur. Ona
görə də fəaliyyətimizi 5 dəqiqə dayandırırıq. Bu etiraz da elə
olacaq ki, həmin 5 dəqiqə ərzində bir növbətçi əczaçı təcili xidmət
göstərsin. Təcili əməliyyatın təxirə salına bilməyəcəyini,
reanimasiyanın fəaliyyətini dayandıra bilməyəcəyini, aptekə gələn
yüksək təzyiqli xəstəni geri qaytarıb, birazdan gəl deyə
bilməyəcəyimizi kimsəyə izah etməyə yəqin ki, ehtiyac yoxdur. Bu
vəziyyətdə etirazımız belə davam edəcək: aptekdə təcili hallar üçün
işçi olacaq, qalan işçilər isə 5 dəqiqəlik aksiyaya
qoşulacaqlar”, – bəyanatda deyilir.
PSP
yanvarın 15-də, saat 15:00-da ümumi tətilə qoşulacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415