Marneuli-Şulaveri yolunda yol-nəqliyyat hadisəsi baş verib, qəza zamanı bir nəfər ölüb
Marneuli bələdiyyəsinin Şulaveri kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib, qəza zamanı bir nəfər dünyasını dəyişib.

Məlumata görə, hadisə yanvarın 15-də, saat 23:00 radələrində baş verib. İki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılır.
Həmin maddə nəqliyyat vasitəsinin hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google