Marneuli- Qırmızı Körpü istiqamətində hərəkət edən avtobusun biri bir aydır, sıradan çıxıb
Bir aya yaxındır ki, Marneuli-Qırmızı Körpü istiqamətində hərəkət edən avtobuslardan biri işləmir. Bir neçə gündür ki, bu nəqliyyat vasitəsi ilə Qaçağan kəndinə getməli olan müəllimlər məktəbə taksi ilə gedirlər.

Müəllimlərdən biri bildirdi ki, taksi ilə gediş haqqı 25 laridir və hər gün ödəmək çətindir.

Qırmızı Körpü istiqamətində iki bələdiyyə avtobusu hərəkət edir. Marneuli Avtoparkı MMC-nin
rəhbəri Qiqa Calağonia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Qırmızı Körpü istiqamətində hərəkət edən avtobusun mühərriki xarab olub və təmir işləri aparılır.

“İki avtobus əvəzinə bir avtobus işləyir. Mühərrik xarabdır. Demək olar ki, təmir olunub, yaxın vaxtlarda tamamlanacaq. Yəqin ki, 3-4 günə, gələn həftədən avtobus hərəkətə başlayacaq. Bərpa olunduqdan sonra belə, hələ də yoxlanılmalıdır. Ona görə də sizə dəqiq deyə bilmərəm”, – Qiqa Calağonia bildirib.

Nəqliyyatın 20 Yanvar, bazar ertəsi günü bərpa edilib-edilməyəcəyi hələ məlum deyil.

Yerli hökumət Marneuli məktəblərinə başqa şəhərlərdən getməli olan müəllimlər üçün aylıq 50 lari məbləğində gediş haqqını təmin edir. Yerli nəqliyyatın sıradan çıxması səbəbindən alternativ taksidir, Qaçağan kəndinə getmək üçün taksi qiyməti 25 laridir. Bu halda müəllimlər üçün bir aya nəzərdə tutulan məbləğ iki günə kifayət edir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google