Marneuli meriyası generatora texniki qulluq üçün sürücünün əməkhaqqını artırıb
Marneuli Bələdiyyə Məclisinin qərarı ilə meriyanın yük maşını sürücüsünə yeni funksiya, generatora xidmət göstərilməsi əlavə edilib və onun əməkhaqqı artırılıb. Marneuli Bələdiyyə Məclisi bu gün, 17 yanvar tarixində keçirilən iclasda müvafiq qərar qəbul edib. İclasda 7 məsələ müzakirəyə çıxarılıb, deputatlar onların hamısını dəstəkləyiblər.

Bələdiyyə Məclisinin müsbət qərar verdiyi ilk məsələ Marneuli Bələdiyyə Məclisinin 25 dekabr 2023-cü
il tarixli 80 saylı “Marneuli Bələdiyyəsində əmək müqaviləsi ilə işə götürülən şəxslərin sayı və maaşının artırılması haqqında razılaşma barədə” qərarında dəyişiklik edilməsi ilə bağlı olub. Dəyişikliyə əsasən, meriyanın sürücüsünə yeni funksiya, generatora xidmət göstərilməai əlavə edilib və bu səbəbdən onun maaşı 300 lari artırılıb.

Məsələni Bələdiyyə Məclisi üzvlərinə Marneuli İnzibati Xidmətinin rəhbəri Mamuka Şubitidze təqdim edib.

“Biz sürücünün funksiyasını başqa funksiya ilə birləşdirdik. Xüsusilə, bildiyiniz kimi, bələdiyyənin elektrik enerjisinin fasiləsiz olması üçün mütləq generator olmalıdır, ona görə də generatora xidmət göstərilməsi funksiyalarını əlavə etdik və buna uyğun olaraq maaşı təxminən 300 lari artırdıq. Ayrı bir işçinin işə götürülməsinin daha yüksək xərclərə səbəb olacağını nəzərə alaraq, bələdiyyə daha az xərclə nəticə əldə etməyə diqqət yetirir və biz bu qərarı verdik”, – Mamuka Şubitidze bildirib.

Qeyd edək ki, bu gün, 17 yanvar tarixində keçirilən iclas Marneuli Bələdiyyə Məclisinin 2025-ci ildə keçirilən ilk iclası idi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google