Abxaziyada “gürcü agenti” 15 il müddətinə azadlıqdan məhrum edilib
Yanvarın 21-də de-fakto Abxaziya Respublikasının Ali Məhkəməsi Kaxa Muradova qarşı hökm çıxarıb. O, Cinayət Məcəlləsinin iki maddəsi – “dövlətə xəyanət” və “odlu silahın qanunsuz dövriyyəsi” ilə təqsirli bilinib. O, 15 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ciddi rejimli islah koloniyasında çəkib.

Abxaziya Prokurorluğunun məlumatına görə, Muradovun özü nə ibtidai istintaq zamanı, nə də məhkəmədə törətdiyi cinayəti
etiraf etməyib.

Bəyanatda qeyd olunur ki, Muradov “Abxaziya vətəndaşıdır”. Lakin ötən il həbs olunandan sonra de-fakto Abxaziyanın Dövlət Təhlükəsizlik Xidməti onun Gürcüstan pasportunun da olduğunu bildirib.

Muradovun Suxumidə saxlanması ilə bağlı məlumat 2024-cü il mayın 14-də yayılıb. Abxaziyanın de-fakto Dövlət Təhlükəsizlik Xidməti onun həbsi və dindirilməsinin videosunu yayıb. O, Gürcüstan xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələrindən danışıb.

“Muradovun yaşadığı evə baxış zamanı onun Gürcüstan xüsusi xidmət orqanlarının xeyrinə casusluq fəaliyyətində iştirakını göstərən texniki avadanlıq aşkar edilərək götürülüb. Muradov abxaz sakinlərini Gürcüstanın ərazi bütövlüyünün bərpası maraqlarına uyğun hesab etdikləri gizli işə cəlb etməyə cəhd edib. Muradovun gürcü pasportunu harada gizlətdiyini soruşduqda, o, adlarını deməsə də, Gürcüstanda qohumlarının yanında olduğunu bildirib”, – o zaman “Apsnipress” agentliyi yazıb.

Bildirilib ki, Muradovun “Gürcüstan Dövlət Şurasının Qaqra batalyonunun keçmiş komandirləri, radikal millətçi “Mxedrioni” qruplaşmasının üzvləri, o cümlədən Ukrayna Silahlı Qüvvələri tərəfində hərbi əməliyyatlarda iştirak edən gürcü legionunun muzdluları ilə əlaqə saxladığı bildirilir.

Muradova Rusiyadan Abxaziyaya daxil olan qatarların zirehli texnika və ya digər hərbi texnika daşıdığını müəyyən etmək üçün onlara nəzarət etmək tapşırılıb”,
- Apsnipress agentliyi yazır.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google