Tbilisidə "Rike bardaqları" yaxınlığında yeniyetmə həlak olub.
Ərazi hələ də sarı polis lenti ilə mühasirəyə alınıb.
Tbilisi meriyası bildirib ki, bura bələdiyyənin mülkiyyəti deyil,
şəxsi ərazidir.
Hadisə bir neçə gün əvvəl, yanvarın 25-də baş versə də, mətbuata
dünən, yanvarın 29-da məlum olub.
“Böyük borunun yanında rütubətli yer var. Oğlanların
dediyinə görə o, arxa tərəfdən içəri girdi. Gözlədilər. Bir müddət
sonra onun qışqırtılarını eşitdilər. Ekstremal vəziyyətdə necə
kömək edəcəklərini bilmirdilər.
Amfiteatr binasına yığılan suyun üstü beton kimi görünürmüş, onun
üstünə çıxıb...
[Uşaqlar kömək edə bilmədi] gödəkçə islananda çox ağırlaşıb.
Dalğıclar onu çıxarıblar”, - 16 yaşlı İoseb Adeişvilinin anası
İrina Orolova “Mtavari” kanalına bildirib.
“Faciə özəl ərazidəki binada baş verib” deyən Tbilisi meriyası 16
yaşlı yeniyetmənin Rike Parkda açıq xəndəyə düşməsi ilə bağlı
məlumatın düzgün olmadığını bildirib.
Daxili İşlər Nazirliyi yeniyetmənin ölümü ilə bağlı Cinayət
Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə
araşdırmalara başlayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415