Mzia Amağlobelinin vəkili: O, uzanıb, sağ qalması üçün transfuziya aparılır
Mzia Amağlobelinin vəkili Maia Mtsariaşvili qeyd edib ki, “Batumelebi/Netgazeti”nin direktoruna transfuziya təyin edilib. Vəkilin sözlərinə görə, səfəri zamanı Mzia Amağlobeli uzanmış vəziyyətdə olub və zəifdir, lakin o, məhkəməyə qədər sağ qalmaq və martın 4-də keçiriləcək iclasda iştirak etmək istəyir.

“Mzianın səhhəti ilə bağlı heç nə deyə bilmərəm. Ehtimal olunur ki, İctimai Müdafiəçi tərəfindən seçilmiş və
onun mandatı ilə təchiz olunmuş müvafiq profilli mütəxəssislər səfər edəcəklər. Gözümlə gördüyümü deyim – bu adam uzanıb, sağ qalması üçün məhlul köçürülür. Təəssüf ki, vəziyyəti belədir və bu günlərdə ondan daim islah müəssisəsində qalması tələb olunur. Onun vəzifəsi məhkəməyə qədər sağ qalmaqdır və özü də məhkəmədə olmaq istəyir – məhkəmə martın 4-nə təyin edilib.

Səhhətini nəzərə alaraq bunun nə dərəcədə mümkün olacağını bilmirəm, amma o deyir ki, klinikada analizlər aparılarkən, bu zəruri və məcburi transfuziyalar aparılarkən onun orqanizminə proses üçün bərpa olunmaq üçün bir qədər də vaxt veriləcək. Mən orda olanda, danışmağa çətinlik çəkmirdi, danışırdıq. Əlbəttə ki, o, mən onu sonuncu dəfə gördüyümdən daha zəifdir, lakin bu transfuziyalar onun sağlamlığını və həyat keyfiyyətini elə qorumağa xidmət edir ki, insan proseslərdə iştirak edə, düşünə və prosesdə özü iştirak edə bilsin",
- Maia Mtsariaşvili bildirib.

“Batumelebi/Netgazeti”nin təsisçisi və direktoru Mzia Amağlobeli 27-ci gündür aclıq aksiyası keçirir. Mzia Amaqlobeli Batumi polis rəisi İrakli Dqebuadzenin üzünə sillə vurduğu üçün polis əməkdaşına hücum etməkdə ittiham olunur. Onu 4 ildən 7 ilə qədər həbs gözləyir.

O, bu gün Vivamed klinikasında həkim briqadası tərəfindən ziyarət ediləcək.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google