Rustavi Metallurgiya Zavodunun işçiləri tətil edirlər
Rustavi Metallurgiya Zavodunun işçiləri tətilə başlayıblar.

Hazırkı məlumata görə, 400-dən çox işçi tətil edir.

Tələblər bir ay əvvəl işdən çıxarılanların işlərinə bərpa olunması və maaşlarının gördükləri ağır işə uyğun gəlmədiyi üçün maaşlarının 500 lari artırılmasıdır.

İşçilərin dediyinə görə, onlar bu tələbi bir ay əvvəl rəhbərliyə ünvanlayıblar və bir həftə əvvəl müraciətləri təmin olunmasa,
tətil edəcəkləri barədə yazılı məlumat verilib.

“Gecə-gündüz ərimiş poladın yanına gedəndə bilmirsən nə vaxt sənin üstünə töküləcək, bir insan belə bizə fikir vermir. Bir şey olmalıdır, şərait yaxşılaşmalıdır”, – Pirveli TV-yə zavodun əməkdaşlarından biri bildirib.

"Onlar bizim əməyimizdən milyonlarla pul qazanırlar. Nə üçün bizim yemək, çörək pulu, banka ödəmək üçün minimumumuz olmasın? Çıxırıq və bizi burada qorxudurlar”, – digər biri deyib.

İşçilər onu da bildiriblər ki, rəhbərlik onlarla görüşmür, mühafizə xidməti 1 saat ərzində işə qayıtmasalar, məhkəməyə veriləcəklərini deyirlər.

“Publika” Rustavi Metallurgiya Fabriki ilə əlaqə saxlamağa çalışır. Onlardan cavab alındıqdan sonra material yenilənəcək.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google