Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan arasında "yaşıl enerji"nin
ötürülməsi sahəsində əməkdaşlığa dair
Anlaşma Memorandumunun layihə sənədinin mətni razılaşdırılıb.
Bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, İstanbul şəhərində
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi
layihəsinin müzakirəsinə dair bu ölkələrin nazir müavinlərinin 3-cü
iclası keçirilib.
İclasda dörd ölkə arasında elektrik enerjisi mübadiləsinin
genişləndirilməsi imkanlarına və layihə üzrə müqavilə-hüquq
bazasının formalaşdırılması məqsədilə hazırlanmış
“Azərbaycanın Energetika Nazirliyi, Gürcüstanın
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyənin Energetika və
Təbii Sərvətlər Nazirliyi və Bolqarıstanın Energetika Nazirliyi
arasında yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlığa dair
Anlaşma Memorandumu”nun layihəsi müzakirə edilib və
sənədin mətni razılaşdırılıb.
Xatıraldaq ki, ötən il noyabrın 20-də COP29 iqlim konfransı
çərçivəsində Avropa Parlamentinin COP29-dakı nümayəndə heyətinin
rəhbəri Lidiya Pereyra (Lidia Pereira) Amerikanın Səsinin sualına
cavabda deyib ki, yaşıl və təmiz enerji istehsalı ilə bağlı
layihələrin həyata keçirilməsi prioritetdir.
2022-ci il dekabrın 17-də Azərbaycan, Macarıstan, Gürcüstan və
Rumıniya Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini
nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıb. Əldə edilən
razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr
uzunluğunda Black Sea Energy dənizaltı elektrik kabelinin çəkilməsi
gözlənilir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə
bildirib ki, Azərbaycan necə neft ixracatçısı ölkəsindən stabil
qaydada qaz ixracatçısı ölkəsinə keçdi, eləcə də də yaşıl enerji
ixracatçısı ölkəsinə keçəcək.
“Azərbaycan Avropa ilə artıq üçüncü enerji dəhlizinin
açılmasına hazırlıq görür. Bu baxımdan ötən il martın 1-də Qara
dənizin dibi ilə keçərək Avropaya uzanacaq magistral elektrik
xəttinin keçəcəyi ölkələrin enerji nazirlərinin 6-cı toplantısı
olub. Çox yaxşı haldır ki, artıq Xəzərin şərq sahillərindən
Qazaxıstan və Özbəkistan da bu görüşlərdə aktiv iştirak
edir”, - o qeyd edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415