Mzia Amağlobeli 30-cu gündür ki, aclıq aksiyası keçirir - o, əlavə yoxlamalardan keçir

"Batumelebi" və "Netgazeti" onlayn qəzetlərinin təsisçisi və direktoru Mzia Amağlobeli 30 gündür aclıq aksiyası keçirir.


Onun vəkillərindən biri, Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Nona Kurdovanidzenin sözlərinə görə, həbsdə olan jurnalist tibbi yoxlamalardan sonra cəzaçəkmə müəssisəsinə qaytarılmasını tələb edir.

Nona Kurdovanidze bu gün, fevralın 10-da səhər saatlarında Vivamed klinikasına gəlib.

"O, tam aclığa davam edir və əlavə tibbi yoxlamalar üçün burada qalır. Lakin onun mövqeyi də dəyişməzdir, geri qaytarılmasını tələb edir, baxmayaraq ki, təbii ki, bütün bunlarla bağlı qərar tibbi araşdırmaların nəticələrinə əsasən verilməlidir və təkcə onun istəyi deyil. Belə olan halda, həlledici amil, təbii ki, tibbi ifadənin nə olacağıdır”, - vəkil bildirib.

O, həmçinin qeyd edib ki, bu gün keçirilən
əlavə müayinələrin nəticələri Mzia Amağlobelinin klinikada saxlanacağını və ya Rustavi Penitensiar Müəssisəsinə qaytarılacağını müəyyən edəcək.

Polis əməkdaşına şillə vurduğuna görə 4 ildən 7 ilə qədər həbs cəzası gözlənilən Mzia Amağlobeli Gürcüstanda və xaricdə həmkarları, insan haqları təşkilatları və siyasətçilər tərəfindən siyasi məhbus hesab edilir.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google