“Gürcü Arzusu”nun nümayəndəsi Nino Tsilosani xüsusi
təyinatlıların Quram Roqavaya hücumunu
“kədərli hadisə”, yaralanan jurnalisti isə “yanlış adam”
adlandırıb.
Quram Roqava Nino Tsilosaniyə parlament binasına hücumla bağlı
suallar verib.
"Bu, kədərli bir hadisə idi, lakin daha da kədərli idi, çünki siz
əvvəldən axıra qədər səhv insan idiniz və bu kiçik hadisə, kiminsə
səhvi sizə burada [parlamentdə] dayanıb bizə mənasız suallar vermək
hüququ verdi", - deyə Tsilosani bildirib.
Jurnalist əlavə olaraq ondan soruşub: "Bu hadisə idi? Mən
aydınlaşdırmaq istəyirəm". Tsilosani yenidən cavab verib: "Bəli, o
çoxlu polislər arasında bir neçə nəfərin səhvləri sizə hüquq verdi
ki, bu gün burada hər cür yanlış adamlar durub
bizə bəzi suallar
versinlər".
“Formula” teleşirkətinin jurnalisti Quram Roqava noyabrın 29-da
gecə saatlarında canlı yayımda olarkən aksiyanı dağıdarkən çevik
polislər tərəfindən zorakılığa məruz qalıb. “Azadlıq” radiosu
zorakılığı lentə alıb.
Zorakılıq nəticəsində onun üz sümükləri və boynu sınıb və Xüsusi
İstintaq Xidməti jurnalisti zərərçəkmiş kimi tanıyıb. Bu iş üzrə
indiyədək heç kim həbs olunmayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415