Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer, sosial şəbəkə "X"də Avropa İttifaqının Gürcüstanın işğal altında olan ərazisi Abxaziyada 2025-ci il fevralın 15-də keçirilmiş qanunsuz prezident seçkilərini tanımadığını yazıb.
Alman diplomatın açıqlaması, Gürcüstan hökumətinin tez-tez
istifadə etdiyi "deep state" (dərin dövlət) anlayışına və bunun
Avropa İttifaqına təsirinə dair tənqidlərə yer verən P.S.-lə
bitir.
"Əslində uydurulmuş olan və təkrarlanan yanlış fikrin,
yəni "dərin dövlətin" Avropa İttifaqı üzərində təsir yaratması ilə
bağlı irəli sürülən fikri bir daha rədd edirəm," –
deyə Piter Fişer qeyd edib.
🇪🇺 does not recognize the illegal so-called presidential elections in the Georgian occupied breakaway region of Abkhazia on 15 February 2025.
— Peter Fischer (@Diplo_Peter) February 15, 2025
P.S. I continue to reject the deceitful proposition that a - btw fictitious - "deep state" influences the EU. 🌞 https://t.co/wFhxx14pKD