Piter Fişer: "Avropa İttifaqı Abxaziyada keçirilən qanunsuz seçkiləri tanımır"

Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer, sosial şəbəkə "X"də Avropa İttifaqının Gürcüstanın işğal altında olan ərazisi Abxaziyada 2025-ci il fevralın 15-də keçirilmiş qanunsuz prezident seçkilərini tanımadığını yazıb.


 

Alman diplomatın açıqlaması, Gürcüstan hökumətinin tez-tez istifadə etdiyi "deep state" (dərin dövlət) anlayışına və bunun Avropa İttifaqına təsirinə dair tənqidlərə yer verən P.S.-lə bitir.

"Əslində uydurulmuş olan və təkrarlanan yanlış

fikrin, yəni "dərin dövlətin" Avropa İttifaqı üzərində təsir yaratması ilə bağlı irəli sürülən fikri bir daha rədd edirəm," – deyə Piter Fişer qeyd edib.


2025-ci ilin fevralında Abxaziyada, Gürcüstanın işğal olunmuş ərazisində keçirilmiş prezident seçkisinin birinci turunda namizədlər arasında səs paylanması belə olub:

Badra Qunba – 46%
Adgur Arzınba – 37%
Robert Arşba – 7%
Oleq Bartsiçi – 4%
Adqur Xurumali – 1%
Abxaziyanın özünü elan etmiş Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri Dimitri Marşan 16 fevralda bildirib ki, seçkilərin ikinci turu keçiriləcək və iştirakçılar Badra Qunba ilə Adqur Arzınba olacaq.

"Mərkəzi Seçki Komissiyası ilkin nəticələri 17 fevralda açıqlayacaq," – deyə "Apsnypress" agentliyi xəbər verir. Seçki bülletenində 2-dən çox prezident namizədi göstərildiyi və heç biri seçilmədiyi halda, Mərkəzi Seçki Komissiyası təkrar ən çox səs toplayan iki namizədin iştirak edəcəyi seçki təyin edir. Təkrar seçki birinci turdan 2 həftə keçməmiş keçiriləcək.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google