Gül idxalı bahalaşıb – onları haradan və nə qədər alırıq?
Gül idxalı 10.6% artıb. Gürcüstanın Milli Statistika Xidmətinin (Sakstat) məlumatına görə, 2023-cü ildə ölkəyə 1 718 ton gül idxal edilib və ümumi dəyəri 5.1 milyon ABŞ dollarını keçib. 2024-cü ildə isə 1 901 ton gül idxal olunub və bunun dəyəri 11.4 milyon ABŞ dolları təşkil edib.

Təkcə idxalın həcmi deyil, qiymətlər də artıb. 2023-cü ildə
1 kq gülün gömrük rüsumları və vergilərsiz orta qiyməti 2.98 ABŞ dolları idisə, 2024-cü ildə bu rəqəm 6 ABŞ dollarına yüksəlib. Bu isə o deməkdir ki, Gürcüstana gətirilən güllərin orta idxal qiyməti demək olar ki, iki dəfə bahalaşıb.

2024-cü ildə Gürcüstan əsasən bu 5 ölkədən gül idxal edib:
  • Ermənistan – 659 ton (3.23 milyon ABŞ dolları)
  • Ekvador – 504 ton (4.05 milyon ABŞ dolları)
  • Türkiyə – 442 ton (973 min ABŞ dolları)
  • Keniya – 128 ton (1.09 milyon ABŞ dolları)
  • Niderland – 116 ton (1.57 milyon ABŞ dolları)
Qeyd etmək lazımdır ki, 2023-cü ildə 1 kq gülün ən bahalı idxal mənbəyi Niderland olub. Oradan gətirilən güllərin orta qiyməti vergilərsiz 13.7 ABŞ dolları təşkil edib.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google