"Mtavari Arxi" telekanalının məlumatına görə, kanalın həmtəsisçisi
Zaza Okuaşvilinin süni şəkildə yaratdığı maliyyə böhranına görə,
indiki mərhələdə canlı yayımlanan və əlavə gündəlik xərclər tələb
edən bütün verilişlər dayandırılıb.
Telekanal bildirir ki, onların gündəlik fəaliyyətini davam etdirmək
üçün vəsaitləri yoxdur.
"Mtavari Arxi"nin yayımlaya bilməyəcəyi verilişlər:
- Xəbər buraxılışları
- Xüsusi yayımlar
- Post-Faktumi
- Mtavari Şabati
- Günün Qonağı
- Fərqli Aksentlər
- Gecənin Mtavari-si
- Sənin Səhərin
- Sənin Günortan
- Sənin Gecən
- Ədəbiyyat Üçbucağı
- Mtavari Dünyada
"Hazırda telekanalda yalnız əvvəlcədən lentə alınmış
proqramlar, köhnə verilişlərin təkrarı, seriallar və filmlər
yayımlanır.
Biz tam yayımı bərpa etmək üçün alternativ maliyyə mənbələri tapmaq
üzərində çalışırıq. Mtavari sizsiniz," – telekanalın
bəyanatında deyilir.
Nika Qvaramianın açıqlaması:
Nika Qvaramia bildirib ki, "Mtavari Arxi"nin maliyyəsi var, lakin
Zaza Okuaşvili onun xərclənməsinə mane olur.
"Jurnalistlər, operatorlar, texniki işçilər və bütün
digər əməkdaşlar maaş ala bilmir, kanal tədricən fəaliyyətini
dayandırır – baxmayaraq ki, kanalın pulu var, Okuaşvili ödənişlərə
mane olur:
- Kommunal
xərclər
- İnternet
- Texniki xidmət
- Nəqliyyat
- Peyk
- Verici qüllə
- Reytinq ödənişləri
- Digər satınalmalar
Bütün bu xidmətlər tədricən dayandırılır.
Kanala reklam almağa da imkan vermirlər.
Axı bir kanalın bağlanması yalnız kabelin kəsilməsi və ya OMON-un
hücumu deyil. Günəş çıxacaq və əsas komanda sizi yenidən havadan
qarşılayacaq. "Mənim heç bir şübhəm yoxdur." – deyə Qvaramia
Facebook hesabında yazıb.
Kanalın gələcəyi
Dekabrın 11-də "Mtavari Arxi"-nin baş direktoru Qiorqi Qabunia
açıqlama verərək bildirib ki, kanalın həmtəsisçilərindən biri olan
Zaza Okuaşvili "kanalı bağlamaq qərarına gəlib". Onun sözlərinə
görə, bunu Okuaşvili bir neçə ay əvvəl təyin etdiyi direktor, "onun
tapşırıqlarını icra edən" Qoqa Kurdadzenin əli ilə həyata
keçirir.
Qabunianın sözlərinə görə, Qoqa Kurdadze şirkətin bütün maliyyə
əməliyyatlarını bloklayır və onun üçün həyati əhəmiyyət daşıyan
müqavilələrin bağlanmasına mane olur.
Zaza Okuaşvili bu açıqlamaya cavab verib və bildirib ki, o,
telekanalın “teleşirkətin hesabına şəxsi sərvət toplamağa cəhd
etməyəcək” tam heyət və rəhbərliyi ilə fasiləsiz fəaliyyətini davam
etdirməsini istəyir.
Okuaşili iddia edir ki, Nika Qvaramia və Qiorqi Qabunia kanalı
talan edərək süni şəkildə iflas həddinə çatdırıblar.
"Mtavari Arxi" 2019-cu il avqustun 17-də təsis edilib və eyni ilin
sentyabrın 9-da yayıma başlayıb. Kanalın komandasının böyük bir
hissəsini Rustavi 2-dən ayrılan insanlar təşkil edir.
2019-cu il iyulun 18-də Avropa İnsan Haqları Məhkəməsi "Rustavi 2"
işi üzrə yekun qərar çıxardı və heç bir maddə üzrə qanun
pozuntusunun baş vermədiyini elan etdi.
Həmin gün Dövlət Reyestrində Xalvaşinin teleşirkətdəki səhmləri
qeydə alınıb və yeni sahibinin tələbi ilə Nika Qvaramiya
teleşirkətin direktoru vəzifəsindən kənarlaşdırılıb və onun yerinə
Xalvaşinin vəkili Paata Salia təyin edilib. Paata Salia hazırda
“Gürcü Arzusu”nun üzvü və parlament üzvüdür.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415