ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski
arasında təxminən bir saat davam edən telefon danışığı olub.
Tramp söhbəti "çox yaxşı" adlandırıb. "Rusiya və Ukraynanın tələb
və ehtiyaclarını uzlaşdırmaq üçün müzakirələrin böyük hissəsi
prezident Putinlə dünənki söhbətə əsaslanıb. Biz doğru yoldayıq", -
Tramp "Truth Social"da yazıb.
V.Zelenski Trampla söhbəti "pozitiv, məzmunlu və səmimi"
adlandırıb.
"Müharibənin tamamilə sona çatması üçün ilk addımlardan
biri enerji və digər mülki infrastruktur obyektlərinə zərbələrin
dayandırılması ola bilər. Mən bu addımı dəstəklədim", -
Zelenski X hesabında yazıb.
"İnanırıq ki, Amerika ilə, prezident Tramp ilə və Amerikanın
rəhbərliyi altında bu il davamlı sülh əldə edilə bilər", - o
vurğulayıb.
D.Tramp Ukraynaya atom elektrik stansiyalarının idarə olunmasında
yardım təklif edib. "Birləşmiş Ştatların bu stansiyalara
sahiblənməsi bu infrastruktur üçün ən yaxşı müdafiə və Ukraynanın
enerji infrastrukturuna dəstək olardı", - Ağ evin mətbuat katibi
Kerolayn Levitt bildirib.
18 mart
Putin Ukraynanın enerji obyektlərinə zərbələri dayandırmağı əmr
edib
ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin
arasında telefon danışığı olub.
Əsas mövzu ikitərəfli münasibətlər və Ukraynadakı müharibənin həlli
məsələləri idi.
Söhbət təxminən iki saat yarım davam edib.
Kremlin məlumatına görə, Putin Rusiya və Ukraynanın 30 gün
müddətinə enerji obyektlərinə zərbələrdən qarşılıqlı imtina etməsi
ilə bağlı Trampın ideyasını dəstəkləyib və hərbçilərə belə bir əmr
verib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Putin Trampa atəşkəs olacağı təqdirdə Ukraynada səfərbərliyi və
Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanmasını dayandırmağın
zəruriliyini vurğulayıb.
Ağ ev Putin-Tramp danışıqlarından sonra sülhə doğru ilk addımları
sadalayıb.
"Liderlər razılaşıblar ki, sülhə doğru hərəkət energetika
və infrastruktura zərbələrin dayandırılması, Qara dənizdə dəniz
atəşkəsinin, tam atəşkəsin və daimi sülhün bərqərarı üzrə texniki
danışıqlarla başlayacaq", - Ağ Evdən bildiriblər.
Bu danışıqların dərhal Yaxın Şərqdə başlanacağı vurğulanıb.Tramp
Putinlə söhbəti dəyərləndirib
Rusiya prezidenti Vladimir Putinlə söhbət "çox yaxşı və məhsuldar
olub". ABŞ prezidenti Donald Tramp bu barədə "Truth Social"
hesabında yazıb.
Söhbət zamanı "sülh müqaviləsinin bir çox elementləri müzakirə
olunub" və Trampın sözlərinə görə, "bu proses indi tam qüvvədədir
və, ümidvaram, biz insanlıq naminə bu işi görəcəyik!".
"Biz tam atəşkəs və son nəticədə Rusiya ilə Ukrayna
arasında bu dəhşətli müharibəyə son qoymaq istiqamətində sürətlə
çalışacağıq", - Tramp vurğulayıb.
13 mart
Putin Ukraynada atəşkəs təklifini şərh edib
Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatları
dayandırmağa, o cümlədən bir aylıq atəşkəsə getməyə hazır olduğunu
açıqlayıb. "Lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalı və
böhranın ilkin səbəblərini aradan qaldırmalıdır", - o əlavə
edib.
Putin deyib ki, atəşkəs bütün cəbhə xətti boyunca nəzarət
məsələsinin həllini tələb edir.
"
Nəzarət və yoxlama məsələləri necə həll olunacaq? Əmrləri
kim verəcək və bu əmrlərin dəyəri nə olacaq?",- o sual
edir. "İki min kilometr məsafədə kimin nəyi pozduğunu kim
müəyyənləşdirəcək? Bütün bunlar hər iki tərəfdən diqqətlə araşdırma
tələb edən məsələlərdir".
Putin səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatan Ukrayna
lideri Volodimir Zelenskinin qeyri-legitimliyindən dəfələrlə
danışıb. Onun sözlərinə görə, danışıqlar "istənilən şəxslə" aparıla
bilər, lakin yekun sənəd yalnız "legitim" hökumətlə imzalana bilər.
Müharibə ötən il Ukraynada prezident seçkisinin keçirilməsini
qeyri-mümkün edib. Ukrayna Konstitusiyası hərbi vəziyyət dövründə
seçki keçirilməsini yasaqlayır.
Putinin sözlərinə görə, Rusiya münaqişəyə sülh yolu ilə son qoymaq
ideyasını dəstəkləyir və o, ABŞ prezidenti Donald Trampla atəşkəsin
müzakirəsini istisna etmir. Eyni zamanda, Moskva atəşkəs dövründə
Ukraynanın səfərbərlik aparmayacağına, hərbçilərə təlim
keçməyəcəyinə, müttəfiqlərindən silah almayacağına dair zəmanət
tələb edir.
ABŞ və Ukrayna martın 12-də Səudiyyə Ərəbistanında keçirilən
danışıqlarda dərhal 30 günlük atəşkəs təklifi barədə razılığa
gəliblər. Vaşinqton açıq şəkildə bildirib ki, Moskvanın təklifdən
imtina etməsi Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyalara səbəb
ola bilər.
'Ümidverici, amma natamam'
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin
atəşkəslə bağlı dediklərinin "natamam" olduğunu bildirib. O, bunu
NATO-nun baş katibi Mark Rütte ilə görüşündə deyib.
"Biz Rusiyanın atəşi kəsməsini görmək istərdik", -
Amerika lideri bildirib. "İndi Rusiyanın atəşkəsdə iştirak
edib-etməyəcəyini görəcəyik. Əgər belə olmasa, bu, dünya üçün çox
məyusedici bir an olacaq".
Eyni zamanda Tramp Putinin bəyanatını "ümidverici" adlandırıb. O,
həmkarı ilə atəşkəs təklifini müzakirə etməyə hazır olduğunu
bildirib.
Onun sözlərinə görə, onun xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyada
ciddi danışıqlar aparır.
"Ümid edirəm ki, Rusiya düzgün addım atacaq", - o
vurğulayıb.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə
başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı
tutmuşdu.
2022-ci ildə prezident Vladimir Putin Ukraynanın dörd vilayətinin
(Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu
haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk
vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox
hissəsi işğal altındadır.
"The Wall Street Journal" nəşrinin mənbələrinin məlumatına görə,
ikinci prezidentliyinin başlanğıcında D.Tramp Ukrayna üzrə xüsusi
nümayəndəsi Kit Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı
tapşırıb.