Avtomobillərin ixracı azalıb - ən bahalı avtomobillər haraya ixrac olunur?
Gürcüstandan minik avtomobillərinin ixracı azalıb. Dövlət Statistika Xidmətinin məlumatlarına görə, 2025-ci ilin ilk iki ayında 12,238 avtomobil ixrac olunub, 2024-cü ilin eyni dövründə isə bu rəqəm 12,373 olmuşdur.

İxrac həcminin azalmasına baxmayaraq, ixracdan əldə olunan gəlirlər artıb. Xüsusilə, bu il yanvar-fevral ayında ixrac olunan avtomobillərin ümumi dəyəri 285.2 milyon dollar olub, 2024-cü ilin eyni dövründə isə
bu rəqəm 262.5 milyon dollar idi.

2025-ci ilin hesab dövründə bir avtomobildən əldə olunan gəlir orta hesabla 23,303 dollar olub, keçən ilin eyni dövründə isə bu rəqəm 21,222 dollar idi. Bu, deməkdir ki, daha bahalı avtomobillərin ixracı həyata keçirilib. (Qeyd: qiymət marka və il üzrə dəyişə bilər, yəni orta dəyərdən daha çox və ya az ola bilər).

Bu il ən çox avtomobilin ixrac olunduğu ölkələr Qırğızıstan və Qazaxıstandır. Maraqlı olan odur ki, nisbətən bahalı avtomobillər Qırğızıstana ixrac edilir. Daha konkret desək, 5 əsas ixrac bazarı belədir:
  • Qırğızıstan - 148.8 milyon dollar dəyərində 5,020 ədəd (hər biri orta hesabla 29,642 dollar);
  • Qazaxıstan - 84.24 milyon dollar dəyərində 4,912 ədəd (hər biri orta hesabla 17,150 dollar);
  • Azərbaycan - 28.8 milyon dollar dəyərində 1,266 ədəd (hər biri orta hesabla 22,737 dollar);
  • Ermənistan - 9.8 milyon dollar dəyərində 390 ədəd (hər biri orta hesabla 25,146 dollar);
  • Tacikistan - 5.39 milyon dollar dəyərində 227 ədəd (hər biri orta hesabla 23,760 dollar).
Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google