Marneuli şəhərində çoxmənzilli yaşayış binalarının girişlərinin
bərpa işləri çərçivəsində 46 binanın girişinə dəmir qapılar
quraşdırılır.
İş 662 981 lariyə “Bama” MMC tərəfindən həyata keçirilir. Yeni
qapıların quraşdırıldığı müxtəlif bina sakinləri “Marneuli”
radiosuna məlumat veriblər ki, bütün qapılar eyni kodla açılır.
“Bama” MMC-nin nümayəndəsi İrakli Tavadzenin bildirdiyinə görə,
hazırda qapıların quraşdırılması prosesi gedir və bundan sonra
vətəndaşlar istədikləri
kodu təyin edə biləcəklər.
"Nömrələnmiş qıfıllara malik bu qapıların hamısı
əvvəlcə eyni nömrəyə qoyulur, sonra isə konkret sakin istədiyi qapı
kodunu seçir. Təmsilçimiz hər bir girişə öz fərdi kodunu necə təyin
edəcəyini söyləyəcək. Təbii ki, bunu hamıya
öyrədəcəyik", – İrakli Tavadze bildirib.
Marneuli meriyası 2024-cü ilin 2 avqustunda “Bama” MMC ilə müqavilə
imzalayıb. Şirkət işləri 2025-ci il fevralın 12-nə kimi başa
vurmalı idi, lakin müqavilənin müddəti uzadılmalı olub. İrakli
Tavadzenin sözlərinə görə, əvvəlcə konkret hansı girişlərdə qapı
quraşdırılması lazım olduğu məlum deyildi, həm də girişlərdə
yerləşən müxtəlif kommunal xətlər, su və kanalizasiya boruları ilə
bağlı da problem var idi.
"Müqavilə 180 qapının quraşdırılmasını nəzərdə tuturdu.
Təxminən 140-130 qapını tamamlamışıq. Bizə əlavə qapıların
ünvanlarını da verdilər və düşünürəm ki, yaxın vaxtlarda, yəqin ki,
ən geci aprelin 15-də bitirəcəm. Həmçinin, bütün girişlərdə
müxtəlif ölçülərdə olur və ona görə də hər bir halda ölçülər
götürülməli idi. Bu səbəbdən iş gecikdi", – İrakli
Tavadze bildirib.
Marneuli meriyası ilə “Bama” MMC arasında bağlanmış müqavilədə
edilən dəyişikliyə əsasən, şirkət müqavilənin imzalandığı gündən
ilkin olaraq işləri 150 gün müddətində başa çatdırmalı idisə,
sonradan bu müddət 195 günə, son dəyişikliyə əsasən isə işlərin
tamamlanma müddəti 235 günə çatdırılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415