Seçkini saxtalaşdırmaqda təqsirləndirilən İskəndərovların məhkəməsi martın 27-də keçiriləcək
Seçkini saxtalaşdırmaqda təqsirləndirilən Rövşən və Etibar İskəndərovların növbəti məhkəmə iclası martın 27-də saat 16:30-da keçiriləcək. Hazırda məhkəmə ittiham tərəfinin sübutlarını araşdırır.

Rövşən İskəndərov Marneuli Bələdiyyə Məclisinin sədr müavini olub. İttiham tərəfinin iddiasına görə, o, Etibar İskəndərovla 2024-cü il oktyabrın 26-da Sadaxlıda yerləşən 69 saylı seçki məntəqəsində seçkiləri saxtalaşdırmağa cəhd edib. Oktyabrın 26-da yayılan videoda Rövşən İskəndərovun seçki
qutusuna bülleten zərflərini atması, Etibar İskəndərovun ona kömək etməsi əks olunub.

Rövşən və Etibar İskəndərovlar oktyabrın 31-də həbs ediliblər. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

İskəndərovlar Cinayət Məcəlləsinin seçki ilə bağlı sənədləri - seçici siyahılarını, protokolları, bülletenləri, qeydiyyat jurnallarını və nəzarət vərəqlərini qəsdən saxtalaşdırmanı nəzərdə tutan 164-cü maddəsi ilə ittiham olunublar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google