Dmanisi Bələdiyyəsi iki ən yaxşı təcrübə proqramı mükafatına layiq
görülüb.
Bu barədə meriya öz “Facebook” səhifəsində məlumat yayıb və mətnin
heç bir yerində proqramın Avropa İttifaqı tərəfindən dəstəkləndiyi,
onun həyata keçirilməsində vətəndaş cəmiyyətinin mühüm rol oynadığı
qeyd olunmur.
Gürcüstan Yerli Özünüidarəetmə Orqanlarının Milli Assosiasiyası
Dmanisi meriyasına iki mükafat təqdim edib:
“Nəsillər arasında texnoloji körpü”, –
müxtəlif
nəsillərdən olan vətəndaşlara texnoloji təhsil vermək və
onlar arasında əlaqəni gücləndirmək məqsədi daşıyan layihədir.
“Sosial xidmətlərin təsirinin qiymətləndirilməsi
mexanizminin hazırlanması və tətbiqi”, – bələdiyyədə
sosial proqramların səmərəliliyinin artırılmasına və benefisiarlar
üçün real nəticələrin təmin edilməsinə xidmət edən təşəbbüsdür.
Hər iki xidmət Qafqaz Ətraf Mühitin Mühafizəsi Təşkilatlar
Şəbəkəsinin (CENN) köməyi ilə bələdiyyədə inkişaf etdirilib. CENN
Avropa İttifaqının dəstəyi ilə Gürcüstanın müxtəlif bələdiyyələri
ilə əməkdaşlıq edən və onlara sosial xidmətlərin tətbiqi və ya
təkmilləşdirilməsi prosesində köməklik göstərən təşkilatdır. Həmin
təşkilatlardan biri də Dmanisidir.
“Bu mükafatı almaq CENN -nin böyük xidmətidir və
Dmanisi meriyası bunu ən yaxşı şəkildə bilir, çünki Dmanisi
meriyası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vətəndaş
Cəmiyyətinin Gücləndirilməsi” proqramında fəal tərəfdaş
olub”, – CENN-nin Kvemo Kartlidəki layihə
koordinatoru Mariko Tsikoridze sosial mediada Dmanisi meriyası
tərəfindən dərc olunan yazıya münasibət bildirib.
Dmanisi meriyasının həyata keçirdiyi layihələrlə bağlı
QvemoQartli.ge ilə söhbətində CENN-in icraçı direktorunun müavini
Nino Tevzadze bildirib ki, hazırda Dmanisidə iki böyük layihə ilə
təmsil olunurlar. Birinci layihə
“Məcburi Köçkün Qadınlar
Assosiasiyası, Razılıq” tərəfindən həyata keçirilən
“Yeni Sosial Xidmət – Nəsillər Arasında Texnoloji
Körpü” layihəsidir.
Həmin qrant layihəsi
“Yerli hökumətlər və vətəndaş
cəmiyyəti təşkilatları üçün innovativ və ehtiyaca əsaslanan sosial
xidmətlərin yaradılması, inkişafı üçün Qarşılıqlı Qrant
Müsabiqəsi” qrant proqramı çərçivəsində
maliyyələşdirilib.
Layihənin ümumi büdcəsi 30 225,29 avro təşkil edir. Həmin vəsaitin
19 800,29 avrosu Avropa İttifaqı, 10 425,00 avrosu isə bələdiyyə
tərəfindən birgə maliyyələşdirilir.
“O, bələdiyyə ilə sıx əməkdaşlıqda hazırlanıb, mən ilkin tətbiqi
nəzərdə tuturam – onun işlənib hazırlanması, bu ərizəyə yekun,
işlək forma verilməsi, o, maliyyələşdirilə bilsin”, –
Nino Tevzadze bildirib.
Gürcüstan Yerli Özünüidarələrin Milli Assosiasiyası (NALG) ən yaxşı
təcrübə proqramı müsabiqəsində 11 nominasiya üzrə qalib gələn 13
bələdiyyəni mükafatlandırıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415