“Karusel” aşkara çıxarmaq çətinləşir? – MSK-nın dəyişiklikləri müşahidəçilərin əleyhinədirmi?
Aprelin 3-də keçirilən iclasda Mərkəzi Seçki Komissiyası (MSK) üç qərara dəyişikliklər edib. Bu dəyişikliklərdən ən vacibi səsvermə zamanı iştirak edən şəxslər üçün qadağaların tətbiqinə aiddir.

Dəyişiklik, 2023-cü il 6 fevral tarixli, elektron səsvermə qayda və şərtlərini tənzimləyən qərara əlavə edildi. Yeni bənd seçici şəxsiyyətinin yoxlanılması və səsvermə prosesinin sənədləşdirilməsi imkanlarını məhdudlaşdırır:
  • Seçki otağında seçicinin hərəkətinə fiziki

    maneə törətmək qadağandır;
  • Seçicidən şəxsiyyət vəsiqəsinin göstərilməsi və ya alınması qadağandır;
  • Seçicinin şəxsiyyət vəsiqəsinin, verifikasiya aparatından çap olunan çekin və ya seçki bülleteni üzərində etdiyi seçimin foto/video çəkilişi və ya digər formada toplanılması qadağandır.
Qərar MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib. “Ədalətli Seçkilər” təşkilatının icraçı direktoru Nino Dolidze bildirir ki, bu dəyişiklik müşahidəçilərin səsvermə prosesini tam izləmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır:

“Bu dəyişikliklə müşahidəçilər artıq başqalarının yerinə səs verməyə çalışan şəxsləri (məşhur “karusel” taktikası) müəyyən edə bilməyəcəklər. Bu isə seçkilərin saxtalaşdırılmasının əsas üsullarından biridir”, – deyə Dolidze qeyd edir.

Həmin gün keçirilən iclasda, həmçinin, 24 sentyabr 2012-ci il tarixli qərara dəyişiklik edildi. 1-ci maddənin 3-cü bəndinə əsasən:

Seçki məntəqəsində, Seçki Məcəlləsinə əsasən, ictimai informasiya sayılmayan məlumatların və sənədlərin foto/video çəkilişi və paylaşılması qadağandır. Bu məlumatlara seçici siyahıları, verifikasiya aparatından çıxarılan şəxsi məlumatlar, şəxsiyyət vəsiqəsi, verifikasiya çeki və bülletendə edilən seçim daxildir.

İstisna yalnız qanunla birbaşa icazə verilmiş hallara aiddir.

Eyni zamanda, ilk dəfə olaraq foto/video çəkiliş üçün vaxt limiti tətbiq olunub:
  • Eyni media orqanının əməkdaşı bir seçki məntəqəsində yalnız bir dəfə və maksimum 10 dəqiqə ərzində çəkiliş apara bilər;
  • Əgər çəkiliş 10 dəqiqədən çox davam edəcəksə, jurnalist seçki komissiyasının sədrinin ayırdığı xüsusi yerdə dayanmalıdır;
  • Çəkiliş üçün minimal məsafə çəkilən obyekt və ya şəxsdən ən azı 3 metr olmalıdır. Yalnız məntəqənin texniki şəraiti buna imkan vermədikdə istisna edilə bilər.
Eyni qaydalar səsvermə günü də qüvvədədir. Amma qeyd olunur ki:
  • Foto/video çəkiliş səsvermə prosesinə mane olmadan həyata keçirilməlidir;
  • Çəkiliş yalnız xüsusi ayrılmış yerdən və seçki qutusunun görünəcəyi şəkildə aparılmalıdır;
  • Cəmiyyətin yüksək maraq göstərdiyi seçicilərin – siyasi liderlər, dini şəxslər və s. – səsvermə anı çəkilə bilər, amma bu başa çatdıqdan sonra çəkiliş avadanlığı məntəqədən çıxarılmalıdır.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google