Abxaziyanın "Xarici İşlər Nazirliyi" Gürcüstanın baş naziri İrakli
Kobaxidzenin ərazi bütövlüyünün bərpası ilə bağlı bəyanatına
münasibət bildirib.
Qondarma qurumun şərhində qeyd olunub:
“Qeyd etmək istəyirik ki, Gürcüstan rəhbərliyinin
açıqlamaları göstərir ki, Tbilisi hələ də köhnə yanaşmalardan əl
çəkmir və bu yanaşmalar bu günkü reallıqlara uyğun gəlmir. Abxaziya
Respublikası xalqın iradəsinə əsasən öz müstəqil statusunu müəyyən
etmiş suveren dövlətdir. Gürcüstanla birgəyaşayış yalnız yaxşı
qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında mümkündür.
Ərazi bütövlüyünün bərpası ilə bağlı bəyanatlar əvəzinə, biz
konstruktiv dialoqa və kompromis axtarışına həqiqi istək görmək
istəyirik – bu isə sülhə və qarşılıqlı faydalı münasibətlərə imkan
yarada bilər”.
Abxaziya tərəfinin bildirdiyinə görə, onlar dəfələrlə Gürcüstana
çağırış edib və hələ də açıq dialoqa hazırdırlar. Bu dialoq hüquqi
baxımdan məcburi olan “zorakılıqdan istifadə etməmək haqqında”
razılaşmanın bağlanması və kommunikasiya xətlərinin açılması kimi
mövzuları əhatə etməlidir.
Qondarma xarici işlər qurumu qeyd edir ki, bu addımlar regionda
sabitliyin möhkəmləndirilməsinə ciddi töhfə verə bilər.
“İmedi” telekanalına verdiyi müsahibədə baş nazir İrakli Kobaxidze
ölkənin ərazi bütövlüyünün bərpasının “mümkün olduğunu”
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415