7 aprel aksiyasında saxlanılanlar polis zorakılığı və alçaldılmadan danışırlar – Ombudsman
Gürcüstanın Xalq Müdafiəçisinin nümayəndələri 7 aprel tarixində Tbilisidə, Parlament binasının qarşısında keçirilən avrointeqrasiya tərəfdarı aksiyada saxlanılan üç nəfərlə görüşüblər. Onlardan ikisi polis tərəfindən gücün həddindən artıq tətbiqi, sözlü təhqir və qeyri-insani rəftardan şikayət ediblər.

Xalq Müdafiəçisinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:

“Xalq Müdafiəçisinin Aparatı sonrakı hüquqi tədbirlərin görülməsi üçün Xüsusi İstintaq Xidmətinə müraciət edib. Aparat digər hüquq pozuntularına

dair də müvafiq hüquqi reaksiya verəcək.”

7 aprel axşamı, fasiləsiz etirazın 131-ci günü, Tbilisidə Rustaveli prospektində, parlament binasının qarşısında aksiya iştirakçıları yenidən saxlanılıb.

2023-cü il 28 noyabrdan bəri, artıq dörd aydan çoxdur ki, Gürcüstanda yeni seçkilərin keçirilməsi tələbi ilə avropayönlü etiraz aksiyaları keçirilir. Mövcud parlamentin, hökumətin və prezidentin legitimliyini tanımayan müxalifət partiyaları, qeyri-hökumət təşkilatları və Gürcüstanın beşinci prezidenti bu hərəkatın əsas iştirakçılarıdır. Beynəlxalq tərəfdaşların da mövcud siyasi vəziyyətlə bağlı sualları var.

Bu müddət ərzində yüzlərlə insan inzibati qaydada, onlarla nəfər isə cinayət məsuliyyəti əsasında saxlanılıb. Eyni zamanda, “Gürcü Arzusu” partiyası nümayişçilərə qarşı qanunvericiliyi sərtləşdirib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google