Polis Kvemo Kartli və digər regionlarda qanunsuz silah və döyüş sursatı aşkarlayıb – 18 nəfər saxlanılıb
Kvemo Kartli, Tbilisi və digər regionlarında keçirilən genişmiqyaslı polis əməliyyatları zamanı qanunsuz saxlanılan odlu silah və döyüş sursatı aşkarlanıb. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əməliyyatlar çərçivəsində 18 nəfər saxlanılıb.

Polis əməkdaşları tərəfindən aşkar olunan silah-sursat arasında avtomatlar, tapançalar, revolverlər, ov tüfəngləri, əl qumbaraları, daraqlar, çoxlu sayda patron, eləcə də partlayıcı fitillər və kapsul-detonatorlar yer alır.

Bundan əlavə, qurudulmuş marixuana və qeydiyyat qaydaları pozularaq quraşdırılmış “lent tipli mişar” da maddi sübut kimi müsadirə olunub.


Saxlanılan şəxslər arasında əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar da var. Faktlarla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı (qanunsuz silah saxlama), 273¹-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 287¹-ci (partlayıcı maddələrin qanunsuz saxlanması) maddələri üzrə aparılır. Bu cinayətlərə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.




Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
თეგები: Kvemo Kartli Polis
FaceBook Twitter Google