Aprelin 24-də Rusiyanın Kiyevə endirdiyi raket və dron zərbələri
nəticəsində həlak olan 12 nəfərin xatirəsinə aprelin 25-i paytaxtda
matəm günü elan olunub.
Ukrayna Xarici İşlər Nazirliyi aprelin 24-də verdiyi açıqlamada
bildirib ki, XİN və xaricdəki Ukrayna diplomatik nümayəndəlikləri
matəmə qoşulacaq və bayraqları yarıya qədər endirəcəklər.
Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Kiyev sakinləri
qurbanların yasını
saxladığı bir vaxtda Ukraynanın kəşfiyyat
orqanları istifadə olunan bu raketlərin Şimali Koreya istehsalı
olub-olmadığını yoxlayır. Zelenski vurğulayıb ki, əgər ehtimal
təsdiqlənərsə, bu, Moskva ilə Pxenyan arasında mövcud olan
"cinayətkar" ittifaqın daha bir sübutu olacaq.
"Onlar birləşib insanları öldürür və insan həyatını ələ
salırlar — onların (Rusiya və Şimali Koreya) əməkdaşlığının yeganə
mənası budur", – Zelenski əlavə edib.
Prezident Zelenskinin sözlərinə görə, göstərdiyi yardımın əvəzində
Pxenyan real döyüş şəraitində "öz silahlarını daha ölümcül etmək"
fürsəti qazanır:
"Bunu dayandırmaq üçün Rusiyaya qarşı
real təzyiq göstərmək lazımdır. Beynəlxalq diplomatik səylərin bu
müharibəni dayandırmağa yönəldiyi vaxtda belə, Rusiya mülki
vətəndaşları öldürməyə davam edir. Bu isə o deməkdir ki, Putin heç
nədən qorxmur".
Lavrov: "Yalnız hərbi
hədəflər vurulur"
Rusiya xarici işlər naziri Sergey Lavrov isə ABŞ-nin CBS
telekanalına verdiyi müsahibədə bildirib ki, Rusiya yalnız
Ukraynanın hərbi hədəflərini və ya hərbi məqsədlər üçün istifadə
olunan mülki obyektləri vurur. Hücumun qəsdən edilib-edilmədiyi ilə
bağlı suala cavab verən Lavrov deyib ki, müdafiə naziri və sahədəki
komandirlər Ukrayna ordusu tərəfindən istifadə olunan hədəflərə
zərbə endirmək hüququna malikdirlər.
Qərbin Ukrayna müharibəsini dayandırmağa və ya, heç olmasa,
müvəqqəti atəşkəs əldə etməyə yönəlmiş səyləri isə nəticəsiz qalıb.
Rusiya hücumlarını yumşaltmaqla bağlı heç bir əlamət göstərmir,
Ukrayna isə ABŞ-nin təkliflərinə qarşıdır.
İddialar görə, Kremlin sülh razılaşması ilə bağlı mövqeyi ondan
ibarətdir ki, Rusiya 2022-ci ilin fevralında başladığı
genişmiqyaslı işğaldan bəri ələ keçirdiyi ərazilərdə, həmçinin
Krım, Luqansk, Donetsk, Zaporojye və Xerson bölgələrində nəzarəti
saxlasın.
Ukrayna dövlət başçısı V.Zelenski dəfələrlə bildirib ki, işğal
olunmuş torpaqların Rusiyanın ərazisi kimi tanınması Kiyev üçün
qırmızı xətdir. O, aprelin 24-də qeyd edib ki, Ukrayna danışıqlar
yolu ilə sülhə doğru ilk addım kimi 44 gün əvvəl ABŞ-nin atəşkəs
təklifi ilə razılaşıb, lakin Moskvanın hücumları davam edir.
Putinin hazırda sülh razılaşması əldə etmək üçün nə etdiyini
soruşduqda isə prezident Tramp onun "ütün Ukraynanı ələ keçirməkdən
çəkindiyini deyib və bunu "olduqca böyük güzəşt" adlandırıb.
Diplomatik səyləri şərh edən Lavrov isə "CBS News"a deyib ki, ABŞ
və Rusiya düzgün istiqamətdə irəliləyir, lakin razılaşmanın bəzi
spesifik elementləri hələ də razılaşdırılmalıdır.
"Biz
razılaşma əldə etməyə hazırıq, amma bu razılaşmanın bəzi konkret
elementləri hələ də dəqiqləşdirilməlidir və biz məhz bu proseslə
məşğuluq", –Lavrov bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415