Baş nazir beş bölgəyə yeni dövlət qubernatoru təyin edib
Mtsxeta-Mtianeti, Şida Kartli, Samtsxxe-Cavaxeti, Quriya və Kvemo Kartli bölgələrinin yeni dövlət qubernatorları var.
Baş nazirin qərarına əsasən:
• Mtsxeta-Mtianetidə dövlət qubernatoru vəzifəsini Aleksandre Zakaşvili,
• Şida Kartlidə Simon Quledeni,
• Samtsxxe-Cavaxetidə Zaal Qelaşvili,
• Quriyada Qiorqi Qurcumelidze,
• Kvemo Kartlidə isə Levan Xarabadze icra edəcəklər.

Yeni təyin olunmuş dövlət qubernatorları ilə bu

gün hökumət administrasiyasında baş nazir İrakli Kobaxidze və regional inkişaf naziri Kaxa Quledani görüş keçiriblər. Baş nazir regionların inkişafının xüsusi əhəmiyyətini vurğulayıb və bu sahənin prioritet olmasının sübutu kimi Regional İnkişaf Nazirliyinin ayrıca qurum olaraq yaradılmasını qeyd edib.

Hökumət başçısının sözlərinə görə, regionların inkişafına dair layihələrin effektiv icrasına daha çox diqqət yetiriləcək və bu prosesdə təcrübəli, peşəkar və vicdanlı rəhbərlərin bölgələrdə olması xüsusi əhəmiyyət daşıyır.

Baş nazir həmçinin layihələrin keyfiyyətinin və koordinasiyasının yaxşılaşdırılmasının vacibliyinə diqqət çəkib və yeni təyin olunmuş dövlət qubernatorlarına uğurlar arzulayıb.

Məlumatı hökumətin administrasiyası yayıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
თეგები: Kvemo Kartli qubernator
FaceBook Twitter Google