"Gürcü Arzusu" partiyası İrakli Kobaxidzeni sədr seçib və siyasi şuranın yeni tərkibini təsdiqləyib

Bu gün “Gürcü Arzusu” partiyası İrakli Kobaxidzeni partiya sədri seçib.



Çıxışında Kobaxidze bildirib ki, partiya bir neçə həftə ərzində rəsmi olaraq seçki kampaniyasına başlayacaq və "onuncu yubiley qələbəsi üçün tam səfərbər olacaq."

“Gürcü siyasətindən radikalların uzaqlaşdırılmasından sonra, bu da çox tez baş verəcək, biz mütləq nifrəti məğlub edəcəyik, yolunu azmış vətəndaşlarımızı geri qaytaracağıq və cəmiyyətimizi birləşdirəcəyik.

Bu bizim milli vəzifəmizdir. Heç kimə imkan verməyəcəyik ki, nifrət yolu ilə gürcü cəmiyyətini parçalasın. Biz insanları bir-birinə və Vətənə olan sevgi ilə birləşdirəcəyik.

Digər tərəfdən, biz birləşmə dedikdə, Gürcüstanın fiziki birləşməsini – Abxaziyanın və abxazların, Tsxinvalinin və osetinlərin vahid Gürcü dövlətinə qaytarılmasını nəzərdə tuturuq. İnanırıq ki, sülh, prinsipiallıq, sevgi və səbir vasitəsilə biz mütləq inamı bərpa edəcəyik, inamla birlikdə birliyi də və bununla əsas milli məqsədimiz – vahid Gürcüstan arzumuza çatacağıq,”
– deyə Kobaxidze çıxışında bildirib.

Eyni iclasda “Gürcü Arzusu” üzvləri partiyanın yeni siyasi şura tərkibini də təsdiqləyiblər. Yeni tərkibə daxil olan şəxslər bunlardır:

  • Bidzina İvanişvili
  • İrakli Kobaxidze
  • Kaxa Kaladze
  • Şalva Papuaşvili
  • Mamuka Mdinaradze
  • Qiorqi Volski
  • Tea Tsulukiani
  • Vaxtanq Qomelauri
  • İrakli Çikovani
  • Maka Boçorişvili
  • Nikoloz Samxaradze
  • Mariam Kvrivişvili
  • Dimitri Samxaradze
  • Sulxan Tamazaşvili
  • Nino Tsilosani

Bu gün “Gürcü Arzusu” üzvləri yeni sədrin seçilməsi üçün toplaşıblar – bu məsələ 25 aprel tarixində İrakli Qaribaşvilinin partiya və siyasətdən getdiyini açıqlamasından sonra gündəmə gəlib.

Mənbə: Publika


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google