İrakli Kobaxidzenin sözlərinə görə, o, Avropa Günü tədbirində iştirak etməyəcək

"Gürcü Arzusu" hökumətinin baş naziri İrakli Kobaxidze bildirib ki, o, Avropa İttifaqının nümayəndəliyinin təşkilatçılığı ilə Tbilisidə keçiriləcək Avropa Günü tədbirinə qatılmayacaq.

O, jurnalistlərə deyib ki, tədbirə dəvət almayıb.

“[Tədbirdə iştirak etməyəcəyik], çünki protokol standartları pozulub. Protokola əsasən, əgər tədbiri konkret səfirlik təşkil edirsə, onlar hökumətə dəvət göndərməlidirlər. Lakin bu protokol pozulub və Avropalı bəzi məmurların nümayiş etdirdiyi

sovetvari yanaşma davam etdirilib. Protokol pozulduğuna görə biz orada olmayacağıq. Bu, onların qərarıdır və bu qərar sovet üsullu yanaşma ilə qəbul edilib,”
– deyə İrakli Kobaxidze bildirib.

Avropa Günü – Avropa İttifaqının yaranma günü – hər il 9 mayda qeyd olunur.

Bir vaxtlar “Avropa Gününü” “Gürcü Arzusu” hökuməti təntənəli şəkildə qeyd edirdi. Məsələn, 2016-cı ildə hökumətin iştirakı ilə hətta həftəlik tədbirlər də keçirilmişdi. Lakin son aylar, xüsusilə Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün müraciət etdikdən sonra, “Gürcü Arzusu” hökuməti (tərəfdaş ölkələr, yerli QHT-lər və müxalifət partiyaları tərəfindən) anti-Avropa addımlar atmaqda ittiham olunur. Bu addımlar media və vətəndaş cəmiyyətini məhdudlaşdıran qanunların qəbulunda, etiraz aksiyalarının güclə dağıdılmasında və rəsmi açıqlamalarda özünü göstərib.



 

Print ელ. ფოსტა
თეგები: Avropa günü Gürcü Arzusu
FaceBook Twitter Google