Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol
Paşinyan Albaniyanın paytaxtı Tirana
şəhərində Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısının açılış
mərasimində görüşüblər. Görüşün, hələlik, detalları açıqlanmır.
Paşinyanın "Facebook" səhifəsində Əliyevlə görüşün səssiz
videoyazısı yayılıb.
Son illər hər iki ölkə arasında həm Avropa
İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda
danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.
Bununla belə, tərəflər bu il bəyan ediblər ki, sülh sazişi üzrə
bütün müddəalar razılaşdırılıb. Amma Azərbaycan tərəfi bəyan edib
ki, sülh sazişinin imzalanması üçün həm danışıqlara uzun illər
vasitəçilik edən ATƏT-in Minsk qrupu buraxılmalıdır, həm də
Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir. Rəsmi Bakının
nöqteyi-nəzərincə, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi
iddiaları var. Amma bununla Ermənistan tərəfi razı deyil.
Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunu özünə daha da
yaxınlaşdırmağa hazırdır. Bunu Aİ Şurasının prezidenti Antonio
Koşta X sosial media hesabındakı paylaşımında bildirib:
"Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen
və mən Ermənistan və Azərbaycan liderlərini sülh müqaviləsinin
yekunlaşdırılması münasibətilə təbrik etdik. Bu, irəliyə doğru
böyük bir addımdır. Biz onun tezliklə imzalanmasını gözləyirik. Aİ
regional əməkdaşlığa sərmayə qoymağa, bütün regionu bir-birinə və
Birliyimizə daha da yaxınlaşdırmağa
hazırdır".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415