Ukrayna hərbi hava qüvvələri mayın 16-da səhər saatlarında
Rusiyanın hava hücumlarına cavab verərkən F-16 qırıcı təyyarəsinin
itirilməsi barədə məlumat yayıb.
Bildirilib ki, F-16 qırıcısının göyərtəsində "qeyri-adi vəziyyət"
yaranıb. Həmin vaxt qırıcı təyyarə Rusiya ordusunun hava hücumunu -
dronları dəf etməkdə iştirak edirmiş və onunla əlaqə kəsilib.
Pilot katapult olunub və qəzaya düşən yerdən təxliyə edilib. Onun
vəziyyətinin stabil olduğu və həyatı üçün heç bir təhlükə olmadığı
bildirilib.
Bu, müharibənin başlanğıcından bəri itirildiyi məlum olan ABŞ
istehsalı üçüncü Ukrayna qırıcı təyyarəsidir. Birincisi 2024-cü il
avqustun 26-da Rusiya hava zərbəsini dəf edərkən qəzaya uğrayıb.
Qəza nəticəsində pilot həlak olub.
"Amerikanın səsi"nin Ukrayna xidməti o zaman mənbəyə istinadən
yazıb ki, istintaqçılar qəzanın səbəbləri arasında Ukrayna hava
hücumundan müdafiə sistemlərindən "dost atəşi", texniki nasazlıq və
pilot xətasını nəzərdən keçirir.
İkinci F-16 aprelin 12-də döyüş tapşırığını yerinə yetirərkən
qəzaya uğrayıb. Moskva təyyarənin Rusiya hava hücumundan müdafiə
qüvvələri tərəfindən vurulduğunu bildirsə də, Ukrayna bunu
təsdiqləməyib.
Ukrayna ilk F-16-larını 2024-cü ilin yayında Qərb müttəfiqlərindən
alıb. İndiyədək Ukraynaya bu tipli neçə qırıcının ötürüldüyü gizli
saxlanılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415