İstanbulda Türkiyə-ABŞ-Ukrayna görüşü olub
İstanbulda ABŞ, Ukrayna və Türkiyə nümayəndələrinin görüşü baş tutub. Ukrayna Xarici İşlər Nazirliyi görüşün başlaması barədə məlumat yayıb.

Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi Kit Kelloqq və ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak iştirak edib.

Ukrayna tərəfini görüşdə prezident aparatının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sibiqa, müdafiə naziri Rustem Umerov və prezident aparatının rəhbərinin müşaviri Aleksandr Bevz təmsil edib.

Türkiyə tərəfindən isə görüşə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan qatılıb.

Bu gün həm də Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü gözlənilir. "İnterfaks" xəbər verir ki, bu görüşdə ABŞ nümayəndələri olmayacaq, çünki Moskva onların Kiyevlə birbaşa danışıqlarda iştirakına qarşıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google