“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze cəmiyyətdə yayılan
versiyaya – Qiorqi Baçiaşvilinin Zurab Pololikaşvilinin
postuna dəyişdirilməsi ehtimalına münasibət bildirib. Onun
sözlərinə görə, bu barədə danışmaq "çoxcəhətli təhqirdir."
“
Bu, çoxcəhətli təhqiramiz versiyadır və belə versiyaların
yayılması yolverilməzdir. Lakin biz bilirik, bu versiyaları kimlər
yayır və onların dövlət maraqları ilə bağlı heç bir sərhədi
yoxdur,” – deyə Kobaxidze
bildirib.
O, Baçiaşvili ilə bağlı əlavə suallara cavab verməyib və bildirib
ki, cəmiyyətə məlum olandan daha çox şey bilə bilər, lakin məlumat
yaymaq Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) səlahiyyətindədir.
“Detallarla bağlı məlumatı, təbii ki, Dövlət Təhlükəsizlik
Xidməti özü yayacaq – bu onların funksiyasıdır, onların
məsuliyyətidir. Ümumilikdə, Dövlət Təhlükəsizlik Xidmətinə təşəkkür
etmək istəyirəm ki, bu əməliyyatı uğurla və düzgün şəkildə həyata
keçirdi. Əlbəttə, qanunun aliliyinin və hüququn icrasının təmin
edilməsi hər istiqamətdə çox vacibdir,” – deyə Kobaxidze
vurğulayıb.
Təxminən iki ay əvvəl ölkədən qaçmış iş adamı Qiorqi Baçiaşvili
saxlanılıb. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, 26
mayda anonim mənbə xəbər verib ki, Baçiaşvili Qırmızı körpü və
Sadaxlı arasındakı “yaşıl sərhəddə” hərəkət edir.
Cəmiyyətdə belə bir versiya yayılıb: "Gürcü Arzusu" Qiorqi
Baçiaşvilini Birləşmiş Ərəb Əmirliklərinə BMT-nin Ümumdünya Turizm
Təşkilatının (UNWTO) baş katibi vəzifəsinə namizədlik müqabilində
təhvil verib – yəni BƏƏ Baçiaşvilini Gürcüstan sərhədinə qədər
gətirib, orada DTX tərəfindən saxlanılıb, əvəzində Gürcüstan
BƏƏ-nin namizədinə UNWTO-da dəstək verəcək.
Bu vəzifəni hazırda gürcü diplomat Zurab Pololikaşvili tutur
(2018-ci ildən bəri). Onun ikinci müddəti 2025-ci ilin sonunda başa
çatır. O, üçüncü müddətə də namizəd kimi irəli sürülmüşdü. Lakin
təxminən iki həftə əvvəl məlum olub ki, “Gürcü Arzusu” onun
namizədliyini geri çəkib və onun yerinə Gürcüstan adından BƏƏ-nin
namizədi Şeyxa Al-Nuvaisə dəstək verəcək.
İrakli Kobaxidze bu məlumatı təsdiqləyib, lakin detalları
açıqlamaqdan imtina edib. O, yalnız bir səbəbi qeyd edib: bəzi
dövlətlər Gürcüstanın səfirlərini çağıraraq etirazlarını
bildiriblər ki, Pololikaşvili üçüncü müddətə seçilməyə çalışır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415