“Gürcü Arzusu” partiyası tərəfindən Gürcüstanın altıncı prezidenti
seçilən Mixeil Kavelaşvilinin mətbuat xidməti məlumat yayıb ki,
ABŞ prezidenti Donald Tramp həmkarını Müstəqillik Günü münasibətilə
təbrik edib.
Kavelaşvilinin mətbuat xidmətinin yaydığı məlumata görə, Trampın
göndərdiyi məktubda qeyd olunub:
“Administrasiyam Gürcüstan hökuməti ilə sülhsevər və məhsuldar
münasibətləri gücləndirməyə sadiqdir. Gələcəkdə ölkələrimiz
arasında iqtisadi əlaqələrin dərinləşəcəyini gözləyirəm — ədalətli
ticarətin təşviqi və ikitərəfli əməkdaşlığın genişləndirilməsi yolu
ilə. Gürcü xalqını bu mühüm tarix — ölkənin zəngin və müxtəlif
tarixini əks etdirən Müstəqillik Günü münasibətilə səmimi qəlbdən
təbrik edirəm.”
26 may Gürcüstanın Müstəqillik Günüdür. Bu günü ABŞ dövlət katibi
Marko Rubio da Gürcüstan xalqına təbrik məktubu ilə qeyd edib.
“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze bildirib ki,
“bu halda açıq şəkildə göründü ki, Dövlət Departamentinin xətti ilə
'Deep State' açıq üstünlük mövqeyində idi.”
2024-cü ilin noyabrında ABŞ Gürcüstanla uzunmüddətli strateji
tərəfdaşlığı dayandırıb.
Buna səbəb “agentlər haqqında” qanunun qəbul edilməsi və “Gürcü
Arzusu” nümayəndələrinin Qərbyönlü olmayan, saxta ittihamlarla dolu
ritorikası olub. ABŞ hökuməti dəfələrlə Gürcüstan hakimiyyətini
Avropa və Avroatlantik inteqrasiya yoluna qayıtmağa çağırıb.
Strateji tərəfdaşlığın dayandırılması ilə bağlı qərarı ABŞ Dövlət
Departamenti 2024-cü il 30 noyabrda açıqlayıb. İki gün əvvəl “Gürcü
Arzusu” hökuməti bildirmişdi ki, 2028-ci ilə qədər Avropa
İttifaqına üzvlüklə bağlı danışıqların gündəmə gətirilməsi
planlaşdırılmır. Bu qərardan sonra ölkədə keçirilən etiraz
aksiyalarının iştirakçılarına qarşı güc tətbiq olunub.
“Gürcü Arzusu” hökumətində ümid var idi ki, prezident Baydenin
administrasiyasının siyasətini Donald Tramp dəyişəcək.
13 mayda hökumət başçısı İrakli Kobaxidze açıq məktubla ABŞ
prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vensə müraciət
edib.
Kobaxidzenin sözlərinə görə, Tramp administrasiyası onun bir neçə
həftə əvvəl göndərdiyi məktuba cavab verməyib. Həmin məktubda
ABŞ-Gürcüstan münasibətlərinə “təmiz səhifədən başlamağa” hazır
olduqlarını bildirmişdi.
Bu açıq məktuba da cavab verilməyib.
Kobaxidze 21 mayda bildirib ki, “məktuba cavab verilməyib, lakin bu
səssizlik də bizim üçün çox mühüm cavabdır.”
O, ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilən “MEGOBARI
Aktı”nı bir daha “düşmənçilik aktı” adlandırıb.
6 mayda ABŞ Nümayəndələr Palatası iki partiyanın dəstəyi ilə
“Dostluq Aktı” — MEGOBARI qanun layihəsini qəbul edib.
ABŞ əvvəlki administrasiya dövründə “Gürcü Arzusu” ilə əlaqəli
şəxslərə və nəhayət, partiyanın fəxri sədri olan milyarder
eks-premyer Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415