Hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi və parlament
çoxluğunun lideri Mamuka Mdinaradze bildirib ki,
“Gaxariya – Gürcüstan üçün” partiyasının deputat fəaliyyəti
göstərməyən 12 üzvünün mandatı ləğv ediləcək. O, bu barədə “Rustavi
2” telekanalının efirində danışıb.
“Bu, elə sualdır ki, bir neçə sözlə cavab versən də, nəsə
tapacaqlar. Açıq deyirəm – mandatları ləğv edəcəyik... Sadəcə, bir
məsələ var: siyahı hələ geri çağırılmayıb. Həmin ilk 12 nəfərin
səlahiyyətlərinə xitam veriləcək və əgər istək olarsa, növbəti 12
nəfər parlamentə daxil olacaq”, – deyə Mdinaradze qeyd
edib.
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, 2024-cü il
parlament seçkilərində 5%-lik baryeri keçən dörd müxalifət
partiyasından üçü – “Dəyişikliklər Uğrunda Koalisiya”, “Vəhdət –
Vahid Milli Hərəkat” və “Güclü Gürcüstan” seçkiləri
saxtalaşdırılmış elan edərək mandatlardan imtina edib və ehtiyat
siyahılarını da geri çəkib. Bu addımı yalnız sabiq baş nazir Giorgi
Gaxariyanın rəhbərlik etdiyi “Gaxariya – Gürcüstan üçün” partiyası
atmayıb.
Giorgi Gaxariya 2025-ci ilin fevralında bəyan edib ki, onlar
mandatlardan imtina etmirlər, çünki mövcud qanunvericiliyə əsasən,
dövlət maliyyələşməsi seçkidə əldə olunan səslər və parlamentdə
saxlanılan mandatların sayına bağlıdır.
Artıq altı aydır ki, Tbilisi və Batumidə yeni seçkilərin
keçirilməsi və etiraz aksiyalarında saxlanılan şəxslərin azadlığa
buraxılması tələbi ilə Avropayönlü mitinqlər davam edir. Etirazlara
səbəb “Gürcü Arzusu”nun 2024-cü il 28 noyabrda qəbul etdiyi qərar
olub – həmin qərara əsasən, partiya Gürcüstanın Avropa İttifaqına
üzvlüyü üçün danışıqların başlanmasını gündəmə gətirməyəcəyini
açıqlayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415