Ukraynanın təhlükəsizlik xidməti: “Tor hörümçək” əməliyyatı nəticəsində Rusiya strateji aviasiyasına 7 milyard dollarlıq ziyan dəyib
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasıl Maliuk prezident Volodimir Zelenskiyə Rusiyanın aerodromlarına qarşı dronlarla həyata keçirilmiş genişmiqyaslı hücum əməliyyatı barədə hesabat təqdim edib. Bildirilir ki, əməliyyatın planlaşdırılması və icrasına bir il altı ay və doqquz gün vaxt sərf olunub.

Prezident Zelenski sosial şəbəkədə yayımladığı bəyanatda əməliyyatı “parlaq nəticə” adlandırıb və bildirib ki, əməliyyatın hazırlıq və icra mərhələlərinə

şəxsən nəzarət edib.

“Bu, bizim indiyə qədər ən uzaq məsafəli əməliyyatımızdır. Əməliyyatda iştirak edən şəxslər vaxtında Rusiya ərazisindən çıxarıldı. General Vasıl Maliuka bu uğur üçün təşəkkür etdim və ona əməliyyatın detalları barədə ictimaiyyətə məlumat verməyi tapşırdım,”
– deyə prezident bildirib.

Zelenski onu da əlavə edib ki, bu əməliyyat Ukrayna hərbi tarixinə düşəcək, çünki ölkə özünü qoruyur və bu müharibənin dayandırılması üçün Rusiyaya təzyiqləri artırmaqda haqlıdır:

“Rusiya bu müharibəyə başlayıb və məhz özü də onu bitirməlidir. Qələbə Ukraynaya məxsusdur.”

Ukrayna Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, hücum nəticəsində Rusiyanın strateji aviaparkının üçdə biri zədələnib və dəyən ümumi ziyan 7 milyard dollar təşkil edir.

“Düşmənin əsas aerodromlarında qanadlı raket daşıyan strateji təyyarələrin 34%-i zədələnib. Bu, SBU-nun “Tor hörümçək” adlı xüsusi əməliyyatının nəticəsidir,” – deyə təhlükəsizlik xidmətinin mətbuat xidməti bildirir.

Məlumatlara görə, Rusiya Federasiyasına məxsus 41 təyyarə – o cümlədən A-50, TU-95 və TU-22 M3 – zədələnib. Hədəf alınan əsas dörd aerodrom isə Belaya, Dyaqilevo, Olenya və İvanovo olub.

Rusiyanın Müdafiə Nazirliyi hücum faktını təsdiqləyib və onu terror aktı kimi qiymətləndirib. Nazirliyin Telegram kanalında yayılan məlumata əsasən, Ukrayna beş vilayətə FPV-dronlarla hücum edib: Amur, İrkutsk, Murmansk, Ryazan və İvanovo.

Nazirlik bildirir ki, Ryazan, İvanovo və Amur vilayətlərində hücumların qarşısı alınıb, lakin Murmansk və İrkutskda bir neçə aviasiya texnikası yanıb. Həmçinin qeyd edilir ki, dronlar aerodromlara yaxın ərazilərdən buraxılıb, ölən yoxdur və bəzi iştirakçılar saxlanılıb.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print ელ. ფოსტა
FaceBook Twitter Google