Rusiya dövlət agentliyi TASS-ın məlumatına görə, iyunun 2-də
İstanbulda keçirilən görüş
zamanı Rusiya nümayəndə heyəti Ukrayna tərəfinə "Ukrayna böhranının
tənzimlənməsi" ilə bağlı bəzi təkliflər əks olunmuş memorandum
təqdim edib.
Memorandumun əsas müddəaları aşağıdakılardır:
U
kraynanın neytrallığı, hərbi ittifaqlara və koalisiyalara
qoşulmaqdan imtina etməsi, həmçinin ölkə ərazisində üçüncü
dövlətlərin hərbi əməliyyatlarının və xarici hərbi kontingentin,
bazaların və infrastrukturun yerləşdirilməsinin qadağan
olunması;
Atəşkəsin ilk şərti kimi Ukrayna Silahlı Qüvvələrinin Donetsk,
Luqansk, Xerson və Zaporojye vilayətlərindən – “tərəflərin
razılaşdığı məsafəyə qədər, mövcud vəziyyətə əsasən” – tamamilə
çıxarılması;
Rusiyanın təklifinə əsasən, Ukraynada seçkilər keçirilməli, daha
sonra isə sülh sazişi imzalanmalıdır. Memorandumun üçüncü
hissəsində icra olunmalı addımların ardıcıllığı və müddətləri qeyd
olunub. Altıncı bənddə deyilir: “Seçkilərin keçirilməsi və Ukrayna
ərazisində hakimiyyət orqanlarının formalaşdırılması”, bundan sonra
isə “razılaşmanın imzalanması” nəzərdə tutulur;
Atəşkəsin şərtlərindən biri kimi Ukraynanın Rusiya Federasiyasına
və onun vətəndaşlarına qarşı diversiya və təxribat
fəaliyyətlərindən imtinası tələb olunur;
Memorandumda atəşkəs rejiminə nəzarət və monitorinq üçün ikitərəfli
mərkəzin yaradılması nəzərdə tutulur;
Ukraynada "millətçi silahlı birləşmələrin buraxılması" sənədin daha
bir şərtidir;
Sənəddə Krımın, Donbasın və "Novorossiya"nın Rusiya Federasiyasının
tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması tələbi yer
alır.
İyunun 2-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin
danışıqlarının ikinci raundu keçirilib. Bu görüşdə Rusiya tərəfi
Kremlin təkliflərini əks etdirən sənədi Ukrayna nümayəndə heyətinə
təqdim edib. Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov
bildirib ki, Moskva sənədi birbaşa görüş zamanı təqdim edib,
halbuki Kiyev əvvəlcədən öz təkliflərini təqdim etmişdi.
Bazar ertəsi keçirilən görüşdə tərəflər müəyyən kateqoriyalı hərbi
əsirlərin və cəsədlərin dəyişdirilməsi barədə razılığa gəliblər.
Ukrayna tərəfi Rusiya tərəfinə geri qaytarılmasını qeyd-şərtsiz
tələb etdiyi ukraynalı uşaqların siyahısını təqdim edib.
Ukrayna-Rusiya danışıqlarının ilk raundu bu il mayın 16-da baş
tutmuşdu.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415