Medianın müdafiəsi üzrə Koalisiyanın bəyanatına görə, Bidzina
İvanişvili və onun qurduğu “Gürcü Arzusu” partiyası müstəqil
mediaya qarşı koordinasiyalı
mübarizə aparır. Onlar “Arzunun” hakimiyyətini rejim, onun həyata
keçirdiyi siyasəti isə mediaya qarşı sistemli hücum
adlandırırlar.
Təxminən 20 müstəqil vətəndaş cəmiyyətini birləşdirən Koalisiya
Gürcüstanda müstəqil medianı məhdudlaşdırmaq cəhdlərini aydın
şəkildə göstərən əsas aspektləri sadalayır:
• Vicdan məhbusu Mzia Amağlobeli – müstəqil medianın
simvollarından biri
“Batumelebi” və “Netgazeti”nin direktoru Mzia Amağlobeli hələ də
həbsdədir. Onun işi, digər vicdan məhbuslarının işləri kimi,
açıq-aşkar siyasi motivlidir və bu, məhkəmə proseslərində də
görünür.
• Medianın əleyhinə fiziki zorakılıq
Avropa yönümlü etiraz aksiyalarının başlanğıcından bəri yüzlərlə
müstəqil jurnalistə hücum və ya onların peşə fəaliyyətinə qanunsuz
müdaxilə halları qeydə alınıb. Bu insidentlərin heç biri
araşdırılmayıb və heç bir təcavüzkar cəzalandırılmayıb ki, bu da
cəzasızlıq hissini möhkəmləndirir və zorakı mühitin formalaşmasına
şərait yaradır.
•
Hüquqi repressiyalar
“Gürcü Arzusu”nun son dövrlərdə təşəbbüs göstərib qəbul etdiyi
repressiv qanunvericilik ifadə azadlığını və ictimaiyyətin
alternativ fikir və informasiyaya çıxışını məqsədli şəkildə
məhdudlaşdırır.
2024-cü il iyunun 2-də məlum olub ki, “Gürcü Arzusu” Komunikasiya
Komissiyasına şikayət edib və arzuolunmaz ifadə və terminlərin
istifadəsinə görə “TV Pirveli” və “Formula”nın qanun pozucusu kimi
tanınıb cəzalandırılmasını tələb edib. Bu işlər Komunikasiya üzrə
Milli Komissiya tərəfindən araşdırılır. Onun rəhbəri Kaxa Bekauri
Avropa Parlamentinin qətnaməsində adları qeyd olunmuş və zorakı
rejimi dəstəklədiyinə görə sanksiya tövsiyə olunan şəxslər
siyahısına daxildir.
• İctimai Yayımçı – “Gürcü Arzusu”nun xidmətində
İctimai Yayımçının hazırkı vəziyyəti onun rəhbərliyinin “Gürcü
Arzusu”nun siyasi maraqlarına xidmət etdiyini açıq şəkildə
göstərir. Direktor Tinatin Berdzenişvili və Qəyyumlar Şurasının
rəhbəri Vasil Mağlaperidze müstəqil və tənqidi jurnalistlərin
təqibi və işdən çıxarılmasında iştirak edirlər.
Yayımçı getdikcə cəmiyyətdən uzaqlaşır və öz əsas funksiyasını
itirir – bu da redaksiya siyasətindəki qərəzli məzmun və alternativ
fikirlərin məqsədli şəkildə nəzərə alınmaması ilə təsdiqlənir.
• Məhkəmə binalarında kameraların qadağan
olunması
Açıq ictimai qurumların siyahısına indi məhkəmə sistemi də əlavə
olunub. Ötən həftə media nümayəndələrinin məhkəmə binalarına
kameralarla daxil olması məhdudlaşdırılıb – bu, bir neçə yüksək
ictimai maraq doğuran prosesin eyni vaxtda getdiyi bir dövrdə baş
verib. Bu addım şəffaflıq prinsipini pozur və cəmiyyətin məhkəmə
proseslərini izləməsinə mane olur.
• Jurnalistlərin cərimələnməsi
Mediada çalışan jurnalistlərə qarşı sistemli təzyiqlər davam edir –
xüsusilə də fasiləsiz etiraz aksiyalarını işıqlandırmağa
çalışdıqları zamanlarda onlar gündəlik şəkildə cərimələnirlər. Bu
praktika azad medianın təqibinin bariz nümunəsidir.
• İqtisadi təzyiq
Müstəqil mediaya təzyiq maliyyə vasitələri ilə də həyata keçirilir.
Xaricdən alınan maliyyələşmənin qadağanı ilə yanaşı, biznes
şirkətlərinə müstəqil mediayla müqavilələri dayandırmaları üçün
təzyiq göstərilir. Şirkətlər yüksək reytinqli kanallarla
əməkdaşlıqdan imtina etməyə məcbur edilirlər.
• Qəsdən dezinformasiya
Müstəqil media və jurnalistlərə qarşı davamlı şəkildə
dezinformasiya kampaniyaları aparılır. Bu yolla “Gürcü Arzusu”
ictimaiyyətdə mediaya olan etimadı sarsıtmağa və obyektiv
informasiya mənbələrini nüfuzdan salmağa çalışır.
Media Hüquqlarının Müdafiə Koalisiyası bütün müstəqil media
qurumlarına həmrəylik ifadə edir və onları demokratik dəyərlərin
müdafiəsi və daha yaxşı Avropa gələcəyinin təmin olunması
istiqamətində dəstəkləməyə davam edir.
“Gürcü cəmiyyəti, etibarlı informasiyanın əlçatanlığını və
vətəndaşların ölkənin siyasi və sosial həyatında tam iştirakını
təmin edən azad və müstəqil mediaya layiqdir. Medianın azadlığı
Gürcüstanın demokratik inkişafı və Avropaya inteqrasiyası üçün
fundamental bir dəyərdir”, - deyə Koalisiya bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415