Rusiya Dövlət Duması sənədlərin saxlanması, mesajlaşma, dövlət və
kommersiya xidmətləri,
o cümlədən bank xidmətlərini özündə birləşdirən vahid tətbiqin
yaradılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Sənəd
Dövlət Dumasının iyunun 10-da keçirilən iclasında eyni anda baş
tutan ikinci və üçüncü oxunuşda qəbul edilib.
Belə bir tətbiqin yaradılması daha əvvəl prezident Putin tərəfindən
dəstəklənib.
Xidmət 'Qosusluqi' portalındakı şəxsi kabinetdən və digər dövlət
sistemlərindən məlumatların kağız sənədlər olmadan ötürülməsinə
imkan verəcək. Onun vasitəsilə şəxsiyyəti təsdiqləmək və sənədləri
təsdiqlənmiş elektron imza ilə imzalamaq mümkün olacaq. Təhsil
xidmətləri və tədris müəssisələrinin rəsmi çatları bu platformaya
inteqrasiya olunacaq.
İyunun əvvəlində Rusiya prezidenti Vladimir Putin hökumət və
maliyyə xidmətlərinin vahid messencerdə birləşdirilməsi barədə
tapşırıq verib. Qanun layihəsində yeni tətbiqin hansı şirkət
tərəfindən hazırlanacağı göstərilməsə də, onun real rəqabət şəraiti
olmadan istifadəyə veriləcəyi artıq məlumdur. Profil üzrə
ixtisaslaşmış KİV-lərin məlumatına görə, qanun layihəsi VK şirkəti
tərəfindən hazırlanmaqda olan "Max" adlı xidmət üçün nəzərdə
tutulub.
Tətbiqin hazırlanması barədə martda 'Vedomosti' qəzeti yazmışdı.
Şirkət (VK) artıq bir neçə ildir ki, prezident Putinin dostu Yuri
Kovalçukun nəzarətində olan şirkətlər qrupuna daxildir. Şirkətə
Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun
oğlu və Kovalçukun qardaşı nəvəsi rəhbərlik edir.
"The Bell" yazıb ki, bu, artıq VK şirkətinin messencer istifadəyə
verməyə yönəlmiş beşinci cəhdidir. Lakin şirkət indiyədək heç vaxt
bu qədər güclü dövlət dəstəyi almayıb.
"The Bell"in digər yazısında bildirilib ki, Rusiyada messencer
bazarına hazırda xarici şirkətlər nəzarət edir. Ölkə əhalisinin 97
milyonu hər ay "WhatsApp" tətbiqindən istifadə edir. Onun sahibi
olan "Meta" şirkəti Rusiya hakimiyyəti tərəfindən "ekstremist
təşkilat" kimi tanınıb. 90 milyon nəfər isə ofisi Dubayda yerləşən
"Telegram" istifadəçisidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415