Rusiyanın TASS agentliyinin məlumatına görə, Rusiya Federal
Təhlükəsizlik Xidmətinin (FSB)
və Abxaziyanın de-fakto Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları
Suxumi Beynəlxalq Hava Limanının mühəndis xidməti üzrə əməkdaşını
saxlayıblar. Bildirilir ki, o, Ukraynanın hərbi kəşfiyyatı ilə
əməkdaşlıq edirmiş.
FSB-nin açıqlamasına əsasən, Ukraynanın xüsusi xidmət orqanlarının
tapşırığı ilə həmin şəxs hava limanının və onun yaxınlığında
yerləşən, rəsmi beynəlxalq nümayəndə heyətlərinin qəbulunda
istifadə olunan qapalı dayanacaq sahəsinin sxemlərini düşmən tərəfə
ötürmək istəyib. Qeyd olunur ki, bu sxemlər partlayıcı qurğu
yerləşdirilməklə mümkün terror aktı üçün istifadə oluna
bilərdi.
Məlumata görə, Abxaziyanın de-fakto Dövlət Təhlükəsizlik Xidmətinin
İstintaq İdarəsi onun barəsində “Abxaziya Respublikasının Cinayət
Məcəlləsinin 274-cü maddəsi (casusluq)” ilə cinayət işi açıb.
"
Bəlli olub ki, o, gizli şəkildə Ukrayna Müdafiə
Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə əməkdaşlıq
edib və onun göstərişi ilə Suxumi Beynəlxalq Hava Limanında görülən
işlərlə bağlı məlumatlar ötürüb. Həmin şəxs mühəndis-texniki xidmət
üzrə mütəxəssis kimi çalışırmış."
Bundan əlavə, Rusiya agentliyi qeyd edir ki, “sorğu-sual zamanı o,
Ukraynanın Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlığını etiraf edib,
yerinə yetirdiyi tapşırıqlar və qarşıya qoyulan məqsədlər, o
cümlədən Rusiya Federasiyası rəsmilərinin Abxaziyaya səfərlərinə
dair məlumat topladığını təsdiqləyib.”
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415