ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin
qüvvəyə mindiyini bildirib.
"Atəşkəs qüvvəyə mindi. Xahiş edirəm onu pozmayın!",
- o, sosial şəbəkədə yazıb.
Bu gün səhər İran dövlət televiziyası İsraillə hərbi münaqişədə
atəşkəsin başlandığını elan edib.
Bundan bir neçə saat əvvəl ABŞ prezidenti D.Tramp İsrail və İran
arasında "tam atəşkəs" haqqında razılığın əldə olunduğunu
açıqlamışdı. O əlavə edib ki, razılaşma hər iki tərəf əvvəllər
başlatdığı hərbi əməliyyatları başa vurduqdan sonra yaxın saatlarda
qüvvəyə minəcək.
"The New York Times"in yazdığına görə, atəşkəs razılaşması
Amerikanın təklifini İrana çatdıran Qətərin vasitəçiliyi ilə əldə
olunub.
23 iyun
Tramp İrana təşəkkür
etdi
İran Qətərdəki ABŞ bazasına hücum niyyəti barədə əvvəlcədən
xəbərdarlıq edib, bunun sayəsində ölən və ya xəsarət alan olmayıb.
Bunu ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasında
yazıb.
"...erkən xəbərdarlığa görə İrana təşəkkür etmək
istəyirəm. Ola bilsin, İran indi regionda sülh və harmoniya yolunu
tutacaq, İsraili də buna təşviq etmək həvəsindəyəm",
- o vurğulayıb.
Tramp İranın cavabını "çox zəif" adlandırıb. Onun sözlərinə görə,
14 raket atılıb, onlardan 13-ü vurulub, biri isə uçuş istiqaməti
təhlükə yaratmadığı üçün "buraxılıb".
ABŞ prezidenti ümidvardır
ki, "daha NİFRƏT olmayacaq".İran Qətərdəki ABŞ bazasına raketlər
atdı
Bazar ertəsi axşam İran Qətərdəki Əl-Udeyd Hərbi Hava Qüvvələri
bazasına raket zərbəsi endirib. Burada Amerika, Qətər və Britaniya
ordularının bölmələri yerləşir.
Yerli və ABŞ rəsmiləri hücumun dəf edildiyini və itkilərin
olmadığını bildiriblər. İran xəbər agentlikləri bazaya altı raketin
düşdüyünü iddia edir, lakin bu məlumatın müstəqil təsdiqi
yoxdur.
"Axios"un məlumatına görə, bazaya ümumilikdə 10 raket buraxılıb.
Bu, İranın İsrailə son zərbələrindən xeyli azdır. "The New York
Times" qəzetinin yazdığına görə, İran Qətər hökumətinə zərbə ilə
bağlı əvvəlcədən xəbərdarlıq edib. "Axios"un mənbəyi iddia edir ki,
Vaşinqton da bundan xəbərdar idi.
Tehranın yaydığı bəyanatda hücumun ABŞ ordusunun İranın nüvə
obyektlərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyi və
Qətərə qarşı yönəlmədiyi bildirilir.
Qətər və BƏƏ rəsmiləri hava məkanını bağlayıb. ABŞ-nin Dohadakı
səfirliyi vətəndaşlara növbəti xəbərdarlığa qədər ehtiyat tədbiri
olaraq sığınacaqlara enməyi tövsiyə edib.
CNN xəbər verir ki, Bəhreyndəki ABŞ səfirliyinin əməkdaşları
sığınacaqlara göndərilib.
İraqdakı Amerika bazasına da zərbə endirilməsi ilə bağlı xəbərlər
var, lakin bu mümkün hücumla bağlı, hələlik, təfərrüatlar
yoxdur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415