“Gürcü Arzusu”nun təşəbbüsü ilə hazırlanmış qanunvericilik
dəyişikliyi paketinə əsasən, hakimlərin maaş sistemi dəyişir.
Yeni qaydaya görə, şəhər, rayon, apellyasiya və Ali Məhkəmələrin
hakimlərinin aylıq maaşı iki və daha çox artırılır.
Maaş artımı, o cümlədən ABŞ, Böyük Britaniya, Litva və Estoniya
tərəfindən müxtəlif vaxtlarda sanksiyaya məruz qalmış hakimlərə –
Levan Murusidze, Mixeil Çinçaladze və İrakli
Şengeliyaya da şamil olunur.
Dəyişikliklər nəticəsində, hər bir hakimin aylıq maaşı 10 000
laridən çox olacaq.
Qanun layihəsinin yayımlandığı gün, Avropa İttifaqının xarici
siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja
Kallas bəyan etdi:
“Gürcüstanın məhkəmə sistemi repressiv maşının bir
hissəsinə çevrilmiş kimi görünür. Buna görə də biz hakimlərə qarşı
sanksiyaların tətbiqini müzakirə etdik”.
Kimə nə qədər maaş
veriləcək?
Hazırda Ali Məhkəmənin sədrinin maaşı 7 000 lari təşkil edirsə,
dəyişikliklə bu məbləğ 14 600 laridək artırılır. Bu vəzifəni
hazırda Nino Kadagidze tutur.
Kadagidze 4 aprel tarixində, Avropa sanksiyalarının fonunda Ali
Məhkəmədə hökumət başçısı İrakli Kobaxidzeni qəbul edərkən belə
deyib:
“Bizim sistemin dayanıqlığına və hər bir həmkarımın
möhkəmliyinə şübhəmiz yoxdur”.
Digər vəzifələr üzrə maaşlar aşağıdakı kimi dəyişir:
- Ali Məhkəmə sədrinin birinci müavini (Qiorqi Mikautadze) - 6
500 lari əvəzinə 13 432 lari;
- Ali Məhkəmənin sədr müavini (Levan Tevzadze) - 6 300 lari
əvəzinə 13 140 lari;
- Ali Məhkəmənin hakimləri (yuxarıda qeyd olunan inzibati
vəzifələri tutmayan bütün hakimlər) – 6 000 lari əvəzinə 12 410
lari;
- Apellyasiya Məhkəməsinin sədri (Mixeil Çinçaladze) - 5 800 lari
əvəzinə 12 264 lari;
- Apellyasiya Məhkəməsinin sədr müavini (İrakli Şengelia) – 5 600
lari əvəzinə 12 118 lari;
- Apellyasiya Məhkəməsi (Cinayət, Mülki və İnzibati işlər üzrə
Kollegiyalar və İstintaq Kollegiyası) Kollegiyasının sədri – 5 300
lari əvəzinə 11 972 lari;
- Apellyasiya Məhkəməsinin bütün digər hakimləri – 5 000 lari
əvəzinə 11 826 lari;
- Tbilisi Şəhər Məhkəməsinin sədri (Vasil Mşvenieradze) - 4 600
lari əvəzinə 11 972 lari;
- Digər rayon (şəhər) məhkəmələrinin sədrləri – 4 600 lari
əvəzinə 11 388 lari;
- Tbilisi Şəhər Məhkəməsi Kollegiyasının sədrləri - 4 300 lari
əvəzinə 11 388 lari;
- Rayon (şəhər) məhkəmə kollegiyasının sədrləri – 4 300 lari
əvəzinə 10 950 lari;
- Rayon (şəhər) məhkəməsinin hakimi, magistratura hakimi – 4 000
lari əvəzinə 10 512 lari.
Qanun dəyişikliyinin
mahiyyəti nədir?
Mövcud qanunvericiliyə görə, hakimlərin aylıq maaşları konkret
rəqəmlərlə göstərilirdi. Yeni dəyişikliklərə əsasən isə bu sistem
ləğv olunur – maaşlar bundan sonra “baza vəzifə maaşı”na
bağlanacaq.
2025-ci il üçün baza vəzifə maaşı 1 460 lari müəyyən edilib. Hər
bir vəzifə üçün ayrıca müəyyən olunmuş əmsal bu rəqəmə vurularaq
aylıq maaş hesablanacaq.
Məsələn, Ali Məhkəmə sədrinin əmsalı 10,00-dir. Deməli, onun aylıq
maaşı belə hesablanır:
1 460 x 10 = 14 600
lari
Bu sistem gələcəkdə baza maaşı artdıqca, avtomatik olaraq
hakimlərin maaşının da artmasını nəzərdə tutur.
Qanun layihəsinin
müəllifləri kimlərdir?
Təklif olunan qanun layihəsinin müəllifləri “Gürcü Arzusu” və
“Xalqın Gücü” fraksiyalarının deputatlarıdır. Onların arasında
Arçil Qorduladze, Tornike Çxeişvili, Rati Yonataşvili,
Aluda Quduşauri, Davit Matikaşvili, Tengiz Şarmanashvili,
Aleksandre Tabatadze, Quram Maçaraşvili və Akaki
Aladaşvili var.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415