Kvemo Kartlidə kənddə yaşayanların sayı artıb

Gürcüstanda kənd yerlərində yaşayan əhalinin sayı son əhali siyahıyaalmasından bu günə qədər 6.3% azalıb.

Bu barədə 2024-cü ildə Gürcüstanın Milli Statistika İdarəsi tərəfindən keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri göstərir. Daha dəqiq desək, 2014-cü il siyahıyaalmasına əsasən kəndlərdə 1 591 181 nəfər yaşayırdısa, 2024-cü ildə bu rəqəm 1 490 900 nəfərə düşüb.

Qeyd olunmalıdır ki, siyahıyaalmalar arasındakı

dövrdə kənd yerlərində əhalinin sayı yalnız Tbilisi, Mtsxeta-Mtianeti və Kvemo Kartli bölgələrində artıb, digər 8 regionda isə azalma müşahidə olunub.

2014 və 2024-cü illərin ümumi əhali siyahıya alınmasının nəticələrinə əsasən kənd əhalisinin sayı:
Tbilisi – 45 000 nəfər (2014-cü ildə: 30 340 nəfər, artım 48%)

  • Acarıstan – 136 200 nəfər (2014-cü ildə: 149 179 nəfər, azalma 8.7%)
  • Quriya – 70 000 nəfər (2014-cü ildə: 81 446 nəfər, azalma 14%)
  • İmereti – 235 800 nəfər (2014-cü ildə: 275 396 nəfər, azalma 14.4%)
  • Kaxeti – 239 400 nəfər (2014-cü ildə: 247 057 nəfər, azalma 3%)
  • Mtsxeta-Mtianeti – 76 200 nəfər (2014-cü ildə: 73 314 nəfər, artım 4%)
  • Raça-Leçxumi və Kvemo Svaneti – 22 100 nəfər (2014-cü ildə: 25 119 nəfər, azalma 12%)
  • Sameqrelo-Zemo Svaneti – 168 800 nəfər (2014-cü ildə: 201 370 nəfər, azalma 16%)
  • Samtsxxe-Cavaxeti – 101 800 nəfər (2014-cü ildə: 105 841 nəfər, azalma 3.8%)
  • Kvemo Kartli – 251 700 nəfər (2014-cü ildə: 243 251 nəfər, artım 3.4%)
  • Şida Kartli – 143 900 nəfər (2014-cü ildə: 158 171 nəfər, azalma 9%)

Kənd yaşayış məntəqələrinin sayı ilə bağlı son məlumatlar:

2024-cü il siyahıyaalmasının nəticələrində kənd yaşayış məntəqələrinin sayı barədə hələ məlumat verilməyib.
2014-cü ildə isə ölkədə ümumilikdə 3 633 kənd yaşayış məntəqəsi vardı, onlardan 223-də heç kim yaşamırdı, yəni 6.1%-i tamamilə boş idi.
2002-ci il siyahıyaalmasında 3 668 kənddən 162-si – 4.4%-i – tamamilə tərk edilmişdi.
Həmin 2002-ci ildə kəndlərdə 2 086 700 nəfər yaşayırdı.

Xatırladaq ki, Gürcüstanda 2024-cü il əhali və kənd təsərrüfatı siyahıyaalması 14 noyabr – 31 dekabr 2024-cü il tarixləri arasında keçirilib. Siyahıyaalma ölkənin bütün ərazisini (işğal olunmuş bölgələr istisna olmaqla) əhatə edib.
Beynəlxalq metodologiyaya əsasən, siyahıyaalma ölkədə daimi yaşayan Gürcüstan vətəndaşlarını, eləcə də ölkə ərazisində olan əcnəbi vətəndaşları və vətəndaşlığı olmayan şəxsləri əhatə edib.

İlkin nəticələrə əsasən, 2024-cü ilin sonuna Gürcüstan əhalisinin ümumi sayı 3 914 000 nəfər təşkil edib. Bu isə 2014-cü illə müqayisədə 185 min nəfər çoxdur.
10 il əvvəl, 2014-cü ildə Gürcüstanda 3 729 635 nəfər yaşayırdı.

Mənbə: BPN

 

Print ელ. ფოსტა
თეგები: Kvemo Kartli Əhali
FaceBook Twitter Google