Sosial şəbəkələrdə şaftalının süni şəkildə boyanmasını əks
etdirən videomaterial yayıldıqdan sonra,
Qida Təhlükəsizliyi Milli Agentliyi rəsmi açıqlama ilə çıxış edib.
Agentliyin məlumatına görə, bu hal "qidanın qəsdən
çirkləndirilməsi" kimi qiymətləndirilir və dərhal reaksiya tələb
edir. Bu səbəbdən agentlik artıq məsələ ilə bağlı aidiyyəti
hüquq-mühafizə orqanlarına yazılı şəkildə müraciət edib.
Sosial şəbəkədə yayılan videoda görünür ki, şaftalılar sprey
vasitəsilə rənglənir ki, daha yetişmiş görüntü yaradılsın.
Kadrlarda videonu çəkənlə
şaftalıları rəngləyən şəxs arasında
dialoq eşidilir:
– Ağacda yetişməyə vaxtı çatmır, bazara isə çoxlu məhsul lazımdır.
Yetişməmiş halda yığdı və bax belə "yetişdirir".
– Şəhərlilərə bundan artığı lazım deyil.
Qida Təhlükəsizliyi Milli Agentliyi bildirir ki, istehlak bazarında
yerləşdirilmiş meyvə və tərəvəzlər daimi olaraq yoxlanılır.
Monitorinq və nümunələrin götürülməsi müxtəlif göstəricilər
(pestisidlər, ağır metalllar, radionuklidlər) üzrə aparılır.
Agentlik əlavə edir ki, laboratoriya analizlərinin nəticələri və
müəyyən edilən uyğunsuzluqlar haqqında məlumatlar ictimaiyyətə
açıqdır və onların rəsmi internet səhifəsində yayımlanır:
nfa.gov.ge
Fotoşəkil: yayılan videodan götürülmüş ekran görüntüsü
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415