İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində
Azərbaycan prezidenti İlham Əliyevin
və Ermənistan baş naziri Nikol Paşinyanın nümayəndə heyətlərinin
iştirakı ilə görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, sonra görüş təkbətək formatda davam
edib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirir ki, Əbu-Dabi
görüşündə ikitərəfli danışıqların normallaşma prosesi üçün ən
səmərəli format olduğu təsdiqlənib və bu əsasda nəticəyönümlü
dialoqun
davam etdirilməsi razılaşdırılıb:
"Sərhədin
delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri
dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam
etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar
veriblər".
"Tərəflər həmçinin iki ölkə arasında etimad quruculuğu tədbirlərini
davam etdirmək barədə razılığa gəliblər", - XİN-in
açıqlamasında bildirilir.
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) də eyniməzmunlu bəyanat
yayıb.
Son illər tərəflər iki ölkə arasında sərhədlərin delimitasiyası ilə
bağlı birbaşa danışıqlar aparıblar. Həmin danışıqlar çərçivəsində
Azərbaycanın işğal altında olan dörd kəndi qaytarılıb.
İki lider bundan əvvəl sonuncu dəfə bu il mayın 16-da Tiranada
görüşmüşdülər. Bu görüş Albaniyada Avropa Siyasi Birliyinin 6-cı
zirvə toplantısında gerçəkləşmişdi.
Bu ilin martında Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətni
barədə razılığa gəliblər. Lakin iki ölkə arasında yekun sülh
razılaşması hələ imzalanmayıb.
Azərbaycan tərəfi bildirmişdi ki, onların sazişin imzalanmasından
öncə bəzi şərtləri var. Azərbaycan hesab edir ki, Ermənistan
konstitusiyasında onlara ərazi iddiaları var və bu aradan
qaldırılmalıdır. Üstəlik, rəsmi Bakı hesab edir ki, uzun illər iki
ölkə arasında sülh danışıqlarında vasitəçilik edən ATƏT-in Minsk
qrupu (ABŞ, Rusiya və Fransa həmsədrlik edirdi) buraxılmalıdır.
Rəsmi Yerevan ATƏT-in Minski qrupu ilə bağlı şərti həll edilən
sayır. Amma onlar hesab edirlər ki, konstitusiya məsələsi sülh
sazişinin imzalanmasına maneə olmamalıdır. Ermənistanın bəzi
rəsmilərinin vurğulamasına görə, Azərbaycan konstitusiyasında da
onlara ərazi iddiaları var. Hərçənd rəsmi Bakı bunu qəti təkzib
edir.
Ermənistan rəsmiləri bəyan etmişdilər ki, sülh sazişi imzalamağa
hazırdırlar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415