Marneuli Uşaq Bağçaları Birliyi süd məhsullarının alınması üçün 303 940 lari dəyərində tender elan edib
Marneuli Uşaq Bağçaları Birliyi 14 uşaq bağçası üçün süd məhsullarının alınması məqsədilə 303 940 lari dəyərində tender keçirir.

Tender sənədlərinə əsasən, satınalma siyahısında süd, xama, kəsmik, pendir, kərə yağı və ilk dəfə olaraq yoqurt da yer alıb. Qeyd edək ki, əvvəlki illərin tenderlərində yoqurt məhsulu alınmayıb.

Tender şərtlərinə görə, bütün məhsullar zavod istehsalı, pasterizə olunmuş

və təbii aromatizatorlarla hazırlanmış olmalıdır. Konservant və rəngləndiricilərdən istifadə qadağandır.

Tenderdə nəzərdə tutulmuş məhsulların miqdarı və xüsusiyyətləri belədir:
  • Qatılaşdırılmış süd – 7 809 ədəd, təbii süddən, yağlılıq səviyyəsi 8,5%-dən aşağı olmamalı, fabriki qablaşdırılmış, gen dəyişdirilməmiş.
  • Qatıq – 14 336 kq, pasterizə olunmuş inək südündən, yağlılığı 3,2%, plastik və ya şüşə qablarda, 180 qramdan 5 kq-a qədər.
  • Xama – 1 848 kq, zavod istehsalı, yağ tərkibi 15%-dən az olmayan, plastik qabda, 180 qramdan 5 kq-a qədər.
  • Kəsmik – 1 176 kq, yağ tərkibi 6-9%, süd komponenti 75%-dən çox, qablaşdırma 100 qramdan 1 kq-a qədər.
  • Pendir – 909 kq, yumşaq və az duzlu, quru maddə miqdarı 52%-dən az olmamalı, yağ tərkibi 40%-dən az deyil.
  • Kərə yağı – 1 355 kq, süd yağı tərkibi 82%-dən az olmayan, bitki yağısız, 200 qramdan 1 kq-a qədər qablaşdırılmış.
  • Yoqurt – 560 kq, zavod istehsalı, yağ tərkibi 2,5%-dən 5%-ə qədər, qlütensiz, konservant və boyarsız.
  • Ultrapasterizasiya olunmuş süd – 15 008 litr, yağlılıq 2,5%-dən az olmayan, qablaşdırmada.
Tenderdə iştirak etmək istəyən şirkətlər avqustun 4-dən 7-dək təkliflərini təqdim edə bilərlər. Qalib şirkət 2025-ci ilin sentyabr ayından dekabrın sonunadək mərhələli şəkildə məhsulları Marneuli və ətraf kəndlərdə fəaliyyət göstərən 14 uşaq bağçasına təhvil verəcək.

Məhsullar Gürcüstanın qanunvericiliyi və gigiyena tələblərinə uyğun, xüsusi soyuducularda daşınmalıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google