Tsereteliyə suyun verilməsi güman ki, sabah bərpa olunacaq
Artıq bir neçə gündür, Tsereteli kəndində içməli su verilmir. Yerli sakinlərin dediklərinə görə, çənlərdə su ehtiyatı da bitib.

“Kənd Suları”-nın nümayəndəsi “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, mərkəzi boruya ziyan dəyməsi su təchizatının dayandırılmasına səbəb olub. Şirkət qısa müddət ərzində təmir işlərini başa çatdırmağı planlaşdırır.

Güman ki, kənddə yeni su təchizatı sistemi quraşdırılır və

bu Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti tərəfindən həyata keçirilir. Şirkətin məlumatına görə, onlardan müvəqqəti olaraq kəndi yeni şəbəkəyə qoşmağı tələb ediblər ki, “Kənd Suları” ziyan dəymiş boruları tam təmir edənə kimi əhaliyə su verilsin.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google